Monday 13 November 2017

III Marafon turniri I tur - 11.11.2017

Turun müəllifi və redaktoru: Emin Məsimli

Elvin Abbaslı, Nigar Yasinova, Vüsal Həsənov, Sultan Zahidov və Rahib Məhərrəmzadəyə paketi test edib dəyərli məsləhətlərini verdiklərinə görə təşəkkürlər.



1. Bu yaxınlarda BBC-də efirə getmiş “Avropanın müqəddəs müharibəsi” adlı sənədli filmdə aparıcı 8-ci Henrinin özünü kilsənin başçısı elan etməsini 16-cı əsrin İKSİ adlandırır. İKSi neologizmlə deyin.

Cavab: Breksit
Şərh: 8-ci Henri bir növ Avropanın katolik birliyindən ayrıldı. Sənədli filmin “bu yaxınlarda efirə getməyi”nin deyilməsi də ipucu idi.
Müəllif: Emin Məsimli




Monday 17 July 2017

PİL SİNXRON XI TUR - 11.06.2017

Sual paketinin müəllif və redaktorları: Emin Məsimli və Farid Nəsirulla.


1. 1962-ci ildə elektrik dirəyinin telləri üzərində yeriyən Horst sonda yıxılıb sınıq xəsarəti alsada sevinc içində idi. Siz isə bu zaman onun yaxınlığında olan obyekti dəqiqliklə deyin?         

Cavab : Berlin divarı          
Şərh: elektrik dirəyi üzərində yeriyib sonda yıxılan və sınıq xəsarəti alan Horst Kleyn sevinc içində idi çünki o Berlin divarını tellər üzərindən keçərək Qərbi Almaniya tərəfinə keçə bilmişdi.    
Müəllif: Farid Nəsirulla




Monday 15 May 2017

Avalon (XİGK-da 42-ci dövrə) - 19.10.2013

1. Paylama materialı:          

Türk şairi Cemal Süreya dostu ilə girdiyi mərcin nəticəsinə görə Y-i itirmişdi.
Y-i tapın.

Cavab: Y hərfi
Sayılma meyarı: Y
Şərh: Şair söz vermişdi ki, əgər mərci uduzsa soyadında olan 2 y hərfinin birindən imtina edəcək. Bu mərcdən sonrakı əsərlərini şair Süreyya yox Süreya təxəllüsü ilə yazıb.     
Müəllif: Nicat Ramazanov


2. Paylama materialı:

Arxitektor cütlük Devid Marks və Culi Barfildin 6 illik zəhmətindən sonra nəhayət ki belə demək olarsa səhərin gözü açıldı.

Mətndə xırda çatışmazlığın olduğunu bilərək söhbətin nədən getdiyini tapın.

Cavab: London Eye
Sayılma meyarı: dəqiq cavab
Şərh: Mətndəki çatışmazlıq əslində şəhər olmalı sözün səhər olaraq verilməsi idi.
Müəllif: Nicat Ramazanov



Sunday 14 May 2017

II Marafon turniri IV tur - 29.10.2016


Paketi test edib dəyərli məsləhətlərini verdiyi üçün Elvin Abbaslı, Əşrəf Paşabəyli və Nigar Yasinovaya təşəkkür edirəm.      


1. Serial personajı olan Metyu Mördak bildirir ki, T hərfini tez-tez Q hərfi ilə qarışdırır. W hərfinin çətinliyindən danışanda isə ONUN fransız olmağından gileylənir. Kimin?  

Cavab: Lui Brayl                              
Şərh: T hərfi Q hərfinə latın qrafikalı əlifbada heç cür oxşamır. Daha çox Daredevil adı ilə tanıdığımız Metyu Mördak isə uşaq vaxtı keçirdiyi qəzadan sonra kor olmuşdu. Fransız əlifbasında W olmadığından Brayl əlifbasına sonradan əlavə ediblər deyə hərfin oxunuşu çox da praktik deyil. 
Müəllif: Emin Məsimli                    



Saturday 6 May 2017

II Ağıl Oyunları turnirinin Bakı seçim turu - 28.06.2014


Redaktorlar: Sultan Zahidov , Emin Məsimli, Asim Cəlalov.

1. “Ağıl Oyunları” filminin personajı Alişa bir dəfə BUNU EDƏRƏK 4348 ədədinə çatdığını bildirir. Sual müəllifinin fikrincə, Oskarın təqdimolunma mərasiminə gələn məşhurların adlarını sadalayan aparıcı əslində BUNU EDİR. BUNU ETMƏKlə əvəz olunan iki sözü deyin. 

Cavab: Ulduzları saymaq  
Şərh: Alişa bir gecə səmadakı ulduzları sayaraq 4348 ədədinə çatdığını bildirir. Verilişin aparıcısı isə Hollivud Ulduzlarını sayırdı.        
Müəllif: Emin Məsimli




Monday 6 March 2017

Azərbaycan Kubokunun III Turu – 30.11.2013

Redaktorlar: Sultan Zahidov
                        Emin Məsimli

Redaktorlar suallar paketinin test edilməsində iştirak etdiklərinə və qiymətli məsləhətlərinə görə Fədai Məmmədov və Əlvan Abdullaya təşəkkür edirlər.


Aparıcı üçün qeyd: Sualların mətnində böyük hərflərlə, yaxud tünd şriftlə verilmiş sözləri vurğu ilə və ya xüsusi intonasiya ilə oxumaq lazımdır.


                                                    I TUR  


Sual 1.
Valeriy Vıjutoviçin fikrincə, Qorbaçov dəmir pərdəni qaldırmaqla ONU  yenidən açdı. Nəyi?

Cavab: Avropaya pəncərəni
Şərh: Vaxtilə Avropaya pəncərəni Pyotr açmışdı , sovet dövründə “bu pəncərənin qabağına dəmir pərdə asmışdılar”. Biz də bu sualla Azərbaycan Kubokunun 3-cü mərhələsini açıq elan edirik.
Mənbə: http://www.rg.ru/2006/03/02/a100402.html
Müəllif: Emin Məsimli




Monday 27 February 2017

I Ağıl Oyunları turniri - 20.04.2013


Redaktorlar: Təşkilat-ı Mahsusa komandası (Emin Məsimli, Toğrul Qurbanov, Fərid Nağızadə, Rafiq Əsədov, Tural Haqverdi və Nigar Yasinova)

Redaktorlar suallar paketinin test edilməsində iştirak etdiklərinə və qiymətli məsləhətlərinə görə Fədai Məmmədova, Ruslan Məmmədova və Oktay Məhərrəmova təşəkkür edirlər.


                                                                     I TUR


Sual 1. 
Haruki Murakaminin 4 yanvar 1951-ci ildə anadan olan ədəbi qəhrəmanına valideynləri BU adı vermişdilər. Onun adını bir yapon sözü ilə deyin.

Cavab:Hajime
Şərh: Personaj 20-ci əsrin ikinci yarısının 1-ci ilində 1-ci ayın 1-ci həftəsində anadan olub.”Hajime” yapon dilində “başlamaq” ,”Başlanğıc” mənalarını verir.
Mənbə: Haruki Murakaminin “Sərhədin cənubu, günəşin qərbi” adlı əsəri.
Müəllif: Fərid Nağızadə




Monday 20 February 2017

Peşəkar İntellekt Liqası Sinxronu - I tur 19.02.2017


Sual müəllifləri və redaktorlar: Sultan Zahidov və Emin Məsimli.

Paketin redaktorları sualları test edərək dəyərli məsləhətlər verdiyinə görə Vüsal Həsənov, Fədai Məmmədov, Əşrəf Paşabəyli və Əlvan Əbdüləzizova minnətdardır.

1. Dünyanın ən böyük İKSlər festivalı yanvarın 5-dən fevralın 25-dək Çinin Xarbin şəhərində keçirilir. Dünyanın müxtəlif yerlərindən festivala təşrif buyuran sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər. İKS 1944-cü ildə yazılmış əsərin adıdır. İKSi iki sözlə deyin.

Cavab: Buz heykəl
Şərh: Fikir verdinizsə festival soyuq qış aylarında baş verir və aylarda Sunqari çayı donur. Sənətkarlar çaydan əldə etdikləri buz bloklar vasitəsilə müxətlif buz heykəllər hazırlayırlar. Festivalın adı da buz heykəllər festivalıdır. Buz heykəl Ənvər Məmmədxanlının məşhur əsərinin adıdır
Müəllif: Sultan Zahidov




Saturday 18 February 2017

Sualların “öyrədicilik” funksiyası

 
       Əgər “Nə? Harada? Nə zaman?” (bundan sonra NHN) intellektual oyunun sualları ilə bağlı 7 funksiya sadalaya biləriksə, onlardan yalnız 7-ci və ya 8-ci funksiya öyrədicilik ola bilər. Sualların öyrədicilik funksiyası müəllifin auditoriyaya hansısa faktı “öyrətmək” pərdəsinə bürünür. Əgər müəllif həqiqətən hansısa maraqlı faktı “öyrətmək” məqsədində səmimidirsə, bunu etməyin başqa yolları var:



"Nə? Harada? Nə Zaman?" oyunu suallarını lazımsız informasiyadan necə təmizləməli?

  “Nə? Harada? Nə Zaman?” intellektual oyunlarında oyunçuların ən çox əziyyət çəkdiyi məsələlərdən biri suallarda artıq informasiya yükünün olmasıdır. İlk növbədə unutmaq lazım deyil ki, sualların əksəri şifahi şəkildə oxunur və mətndə hərf sayı, söz sayı artdıqca – mətn uzandıqca suala qulaq asmaq da əzablı işə çevrilir. Bundan əlavə sualda informasiya çoxaldıqca onların potensial ipucu olma ehtimalı da artır. Sadə dillə desək bu faktlar oyunçuları çaşdırıb yanlış istiqamətə apara bilər. Aşağıdakı sualla bəzi məqamları analiz edək:

Rus yazıçısı Valentin Katayev özünün “Mənim çələngim almazdandır” adlı əsərində Parisin məşhur Yelisey çöllərində bahar qiyafəsinə uyğun nazik geyimlə gəzişmələri haqqında yazır. Bu zaman vıyıltıyla əsən soyuq küləyi yazıçı ONUNLA müqayisə edir. ONU iki sözlə cavab kartına yazın.

Cavab: Gilyotinin ülgücü
Şərh: Nazik geyimdə olarkən əsən soyuq külək onları gilyotinin ülgücü kimi kəsirdi. Bu zaman yazıçı Parisdə idi.



Paketdə uğurlu sual ardıcıllığı





“Nə? Harada? Nə Zaman?” oyununda bəzən yaxşı paketlər sualların düzgün ardıcıllıqla yığılmamasının qurbanı olurlar. Suallar yığılarkən nələrə xüsusi fikir verilməlidir? – bununla bağlı 24 suallıq bir paket yığdığımızı fərz edərək fikirlərimi bölüşməyə çalışacam:



Monday 4 January 2016

ŞERLOK: Dördüncü Sezonun Sıfırıncı Seriyası







    Hər şeydən öncə böyük və qırmızı hərflərlə deyim ki, əgər Şerlok serialının sonuncu xüsusi buraxılışına baxmamısınızsa bundan sonrasını oxumayın, etməyin, eləməyin. Spoilers are coming:




Friday 30 October 2015

Marslı

 
  Əməlli-başlı p*xdayam.
  Gəldiyim yekun nəticə belədir.
  P*xdayam.
Həyatımın ən möhtəşəm iki ayı olacağını düşündüyüm müddət cəmi altı gün çəkdi və tamamilə kabusa çevrildi.
  Heç bilmirəm kim oxuyacaq. Güman edirəm bunu əvvəl-axır kimsə tapar. Bəlkə də yüz il sonra.
  Qeydə alınması üçün deyim... mən sol 6`da ölməmişəm. Əminəm ki, ekipajın digər üzvləri öldüyümü düşünüb və buna görə onları günahlandıra bilmərəm. Bəlkə də, Yerdə mənə milli matəm günü də təşkil edərlər və vikipediya səhifəmdə yazarlar ki, “Mark Uotni Marsda ölmüş yeganə insandır.”




Wednesday 30 September 2015

Buz və Alovun Nəğməsi


         


    Bu dünyada cəngavərlər və yavərlər, qullar və azad insanlar, feodal-vassal münasibətləri, saray intriqaları, real orta əsrlərə aid qəddar və məzəli adətlər, müxtəlif mədəniyyətlər, fərqli dinlər, çoxlu tarixi analogiyalar və daha nələr-nələr var. “Game of Thrones” (Taxtlar oyunu) serialının əsasında duran bu seriyanı oxumaq fikriniz varsa, ilk növbədə orta əsrlər dövrü ilə bağlı klişe düşüncələrdən azad olun və oxşar mövzulu Hollivud filmlərinin sujetlərini unudun.


Tuesday 30 June 2015

Yusif Vəzir Çəmənzəminlinin "Gələcək Şəhər" hekayəsi

       
       Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək Şəhər” elmi-fantastik hekayəsinin qəhrəmanları Sandro və Həsəndir. Onlar Tiflisdən Kürdəmirə kimi təyyarə ilə rahat gəlirlər, ancaq Kürdəmirdə hava dəyişir və təyyarə başqa bir dünyaya düşür. Yazıçı personajların gözü ilə öz utopik dünyasını təsvir edir və əsər tipik sovet arzusu ilə bitir. Əsərdən artıq dövrümüzdə istifadə olunan və yaxın gələcəkdə həyatımıza girəcək texnoloji nüansları qısa hissələrlə qeyd etmişəm:



Tuesday 3 February 2015

Elmi-kütləvi janr: "Eden`in Əjdahaları"



   1977-ci ildə nəşr olunmuş kitab ümumilikdə canlıların beyinlərinin indiki dövrədək olan inkişafını, bu inkişaf ətrafındakı maraqlı mülahizələri və bir sıra miflərin yaranması ilə bağlı fikirləri ehtiva edir. Kitabı oxuduqca adam sanki Sagan`ın “Xəyal Gəmisinin” içərisində gəzişir. Bir sıra elmi anlayışları primitiv dildə rahat izah etməsi, maraqlı elmi araşdırmalardan nümunələr və bunun ətrafında aparılan mühakimələr ilə oxuyucu özünü fantastik fikir burulğanının içində tapır.