Monday 6 March 2017

Azərbaycan Kubokunun III Turu – 30.11.2013

Redaktorlar: Sultan Zahidov
                        Emin Məsimli

Redaktorlar suallar paketinin test edilməsində iştirak etdiklərinə və qiymətli məsləhətlərinə görə Fədai Məmmədov və Əlvan Abdullaya təşəkkür edirlər.


Aparıcı üçün qeyd: Sualların mətnində böyük hərflərlə, yaxud tünd şriftlə verilmiş sözləri vurğu ilə və ya xüsusi intonasiya ilə oxumaq lazımdır.


                                                    I TUR  


Sual 1.
Valeriy Vıjutoviçin fikrincə, Qorbaçov dəmir pərdəni qaldırmaqla ONU  yenidən açdı. Nəyi?

Cavab: Avropaya pəncərəni
Şərh: Vaxtilə Avropaya pəncərəni Pyotr açmışdı , sovet dövründə “bu pəncərənin qabağına dəmir pərdə asmışdılar”. Biz də bu sualla Azərbaycan Kubokunun 3-cü mərhələsini açıq elan edirik.
Mənbə: http://www.rg.ru/2006/03/02/a100402.html
Müəllif: Emin Məsimli



Sual 2.
Rusiyanın təhsil naziri öz çıxışlarından birində Rusiyada hər BETAnın dnevnik.ru səhifəsində qeydiyyatda olmasını müsbət hal kimi qiymətləndirmişdi. BETAnı Qazaxıstanın on min tengelik əskinazı üzərində də görmək olar. BETA ilə əvəz olunanı deyin

Cavab: İkinci Müəllim
Sayılma meyarı: Yalnız İkinci müəllim cavabları
Şərh:  Nazir öz çıxışında hər ikinci müəllimin bu təhsil şəbəkəsində qeydiyyatda olmasını müsbət hal kimi dəyərləndirmişdi. Qazaxıstanın 10 min tengelik əskinazı üzərində məşhur alim Əl Fərabini görmək olar. Ona həm də ikinci müəllim deyərdilər. Betta yunan əlifbasında ikinci hərifdir. Əl-Fərabi hal-hazırda Qazaxıstan ərazisində yerləşən Fərab şəhərində doğulub (Otrar indiki adı).
Mənbə: http://pedsovet.org/content/view/20109/251/          
Müəllif: Sultan Zahidov         


Sual 3. 
Yunan dilində ifasteo sözü həm baca həm də BU mənanı verir. 1943-cü ildə çap olunmuş bir əsərin qəhrəmanı yemək bişirmək üçün BUNDAN istifadə edirdi. BUNU latın mənşəli bir sözlə deyin.

Cavab:  Vulkan
Şərh:  Yunan dilində ifasteo sözü həm baca həm də vulkan mənasını verir. 1943-cü ildə yazılmış əsərin qəhrəmanı olan balaca şahzadə yaşadığı balaca planetdəki balaca vulkanın üzərində özünə yemək bişirirdi.
Mənbə: Balaca Şahzadə, Antuan de Sent Ekzyuperi           
Müəllif: Sultan Zahidov


Sual 4.
Den Braun “Rəqəmsal Qala” əsərində yanan nəhəng komputerin əriyən hissələrini ALFAyla müqayisə edir. Versiyalardan birinə görə ALFA sözü Neopolitan dialektinə aiddir. ALFAnı bir sözlə deyin.

Cavab: Lava  
Şərh: “Neopolitan” dialektindən Vezuvi vulkanının da yerləşdiyi İtaliyanın cənub hissəsində istifadə olunur. Versiyaya görə “lava” sözü neopolitan dialektində “axın” deməkdir. Den Braun nəhəng komputeri vulkana onun əriyən hissələrini isə lavaya bənzədirdi.         
Mənbə: http://www.etymonline.com/index.php?term=lava  
Dan Brown, “Digital Fortress” p. 432           
http://www.loveread.ec/read_book.php?id=2333&p=93
Müəllif: Emin Məsimli


Sual 5
Ona bu əsəri yazmaqda həmyerlisi Prosper Merimenin “Matteo Falkone” əsəri ilham mənbəyi olmuşdu. 1830-cu ildə çap olunmuş bu əsərin adının baş hərifini deyin

Cavab: V
Şərh:  Onore de Balzak Prosper Merimenin “Mattel Falkone” əsərindəki intiqam motivindən ilhamnlanaraq Vendetta romanının yazmaq qərarına gəlir. Əsərin baş hərifinin soruşulması isə “V Vendetta deməkdir” filminə alluziya yaradır.
Müəllif: Sultan Zahidov


Sual 6. 
Rafael Hüseynov “Yurdun Adındakı Can” əsərində diktatorların ONLARDAN fərqli olaraq saglığında öyülməsi, öldükdən sonra isə söyülməsini vurğulayır. O həm də ötən əsrin 20-ci illərinə aid əsərin adıdır.  Həmin əsərin müəllifini  deyin.

Cavab: Hüseyn Cavid
Şərh:  Peyğəmbərlər adətən diktatorlardan fərqli sağlığında söyülür öldükdən sonra isə anılırlar. “Peyğəmbər” Hüseyn Cavidin məşhur əsərlərindən biridir.
Mənbə: Sualda qeyd olunub
Müəllif: Sultan Zahidov


Sual 7.
Rejissor Roje Vadim müsahibələrinin birində ONU yaratmadığını söyləmişdi. ONU eyni hərflə başlayan iki sözlə deyin.

Cavab: Bricit Bardo
Şərh: Söhbət məşhur “Və tanrı qadını yaratdı” filminin rejissoru Roje Vadimdən gedirdi. Həmin filmdən sonra ulduzu parlayan Bricit Bardo haqqında  onu yarı zarafat yarı ciddi “onu Roje Vadim yaratdı” deyərdilər.
Müəllif: Sultan Zahidov


Sual 8. 
“Ulduz Yolu” serialının büdcəsi müəyyən səhnələri çəkməyə imkan vermədiyindən məcburən sujet xəttinə ONU əlavə etmişdilər. Eduard Mitçelin “Bədənsiz insan” adlı elmi-fantastik hekayəsində ONUN yarımçıq qalması nəticəsində professor bədənini itirir. ONU bir əcnəbi sözlə deyin.   

Cavab: Teleportasiya 
Şərh: “Ulduz Yolu” serialının çəkilişləri zamanı kosmik gəminin planetin səthinə enməsi, qalxması və s. bu xüsusi effektlərə ehtiyac olan səhnələr baha başa gəlirdi. “Bədənsiz insan” adlı hekayəsində professor özünü teleqraf xəttinin köməyi ilə teleportasiya edərkən elektrik kəsilməsi ilə onun yalnız başı teleportasiya oluna bilir.
Mənbə: Митио Каку , “Физика невозможного”   
Müəllif: Emin Məsimli


Sual 9.
Erix Mariya Remark “Lisabbonda gecə” əsərində ikinci dünya müharibəsi dövrü insanların nasizm dalğasından qurtulmağa çalışaraq üz tutduqları ABŞ-ı  X-lə müqayisə edir.  X 39 dərəcə şimal enliyi, 44 dərəcə şərq uzunluğunda yerləşir.  X-i iki sözlə deyin

Cavab: Ağrı Dağı
Şərh:  İkinci dünya müharibəsi dövründə bir çoxları nasizmdən qaçaraq Lissabona oradan da gəmi ilə Amerikaya üz tuturdular. Erix Mariya Remark obrazlı şəkildə avropaya yayılan nasizmi ümumdünya su basqınına, insanların  gəmi ilə qurtulub  ayaq qoyduqları  Amerikanı  isə Ağrı Dağına bənzətmişdi.
Mənbə: Sualda deyilib
Müəllif: Sultan Zahidov


Sual 10.           
Kasıblıqdan bəhs edən sənədli animasiya filmində O, getdikcə artan çoxrəqəmli ədədləri eşidərək, dəhşətə gəlir və başını daha da bərk tuturdu. ONU XIX əsrin sonlarında kimin yaratdığını tapın.

Cavab: Edvard Munk           
Şərh: Sənədli filmdə dünyanın bəzi hissələrində aclıq səviyyəsində kasıblığın olduğu halda bəzi hissələrindəki varlı dəbdəbə tənqid edilir. Kasıblığın fonunda bir rəsm əsərinə auksionda on milyonlarla dolların verildiyini eşidən “Qışqırıq” əsərində təsvir olunan personaj getdikcə dəhşətə gəlir.
Mənbə: http://www.youtube.com/watch?v=TxbmjDngois   
Müəllif: Emin Məsimli


Sual 11.          
Bu fransız öz məşhur əsərini 1884-cü ilin aprelində yazmağa başlayır. Söhbət hansı əsərdən gedir?

Cavab: Jerminal
Şərh: Sualda əbəs yerə müəllifin fransız olması və əsəri aprel ayında yazmağa başlaması verilməmişdi. Söhbət fransa respublika təqvimində 21/22 mart 19/20 aprel aralığını əhatə edən Jerminaldan gedirdi. Jerminal Emil Zolyanın ən məşhur əsərlərindən biridir.
Müəllif: Sultan Zahidov


Sual 12.          
Robert Yanqın qəhrəmanı keçmişə səyahət edərək tarixi personajlarla zarafat etməyi xoşlayır. Səyahətlərinin birində O,  qayçı  ilə xanımın saçını kəsmək istəyəndə , xanım müqavimət göstərərək qəhrəmanın gözlərini çıxarır. Xanımın kim olduğunu tapın.   

Cavab: Ledi Qodiva 
Şərh: Robert Yanq hekayəsində Tomun  gözlərinin kor olmasının alternativ variantını təsvir etmişdi. Əfsanəyə görə Qodivanın uzun saçları var idi.          
Mənbə: Robert F. Young “Peeping Tommy”.           
Müəllif: Emin Məsimli



                                                II TUR   

Sual 13.          
“Aşiq Şekspir” filminin epizodlarından birində “The Rose” teatrında  məşq zamanı dava düşür.  Dava əsnasında dövrün məşhur aktyoru Riçard Börbicin başına ironik olaraq  ONUNla zərbə endirirlər. ONU iki sözlə deyin.      

Cavab: Yorikin Kəlləsi          
Şərh: “The Rose” Teatrı əsasən Şekspirin pyeslərinin səhnələndiyi teatrdır. Dövrün məşhur aktyoru olan Riçard Börbic bir sıra Şekspir pyeslərinin əsas baş rol ifaçısı oduğu kimi, Hamlet rolunun da məşhur ifaçısıdır və tez-tez Yorikin kəlləsi ilə məşhur səhnəni oynayıb.   
Mənbə:
http://en.wikipedia.org/wiki/Hamlet_in_performance         
“Shakespeare in Love” filmi. 
Müəllif: Emin Məsimli


Sual 14.           
Jak İv Kusto dənizin dərinliyində gördüyü balıqlardan biri haqqında yazır ki, bu balığın əhatəsində böyük quyruqları olan çoxlu qaramtıl xırda stramateus balıqları üzürdü. Bəs o, stramateus balıqlarını hansı qısa fransız sözü ilə müqayisə edir?           

Cavab: Vual
Şərh:  Quyruqları böyük olan qaramtıl xırda stramateus balıqları nisbətən böyük Merou balığının qarşısında qara örtüyə bənzəyirdi. “Merounun bizə baxışı qadının vualdan baxışı kimi idi...”
Mənbə:  Жак-Ив Кусто, «В мире безмолвия» стр.97.      
http://ru.wikipedia.org/wiki/Вуаль_(головной_убор)
Müəllif: Emin Məsimli


Sual 15.          
İxtiraçı Luis Uotermen , belə demək olarsa , BUNU avtomat qələmlə EDİB. Herodotun kitabını  oxuyan sual müəllifi, Herodotun ilk növbədə BUNU ETDİYİNİ vurğulayır. BUNU ETMƏK sözləri ilə əvəz olunmuş dörd sözü tapın.  

Cavab: Tarixə öz adını yazmaq.
Şərh: Luis Uotermen avtomat qələmin patentli ixtiraçısıdır, “qələm” sözü həm də “yazmaq” felinə ipucu idi. Çox maraqlıdır ki, “Tarix”in birinci kitabında birinci söz məhz Herodotun öz adıdır.
Mənbə:  el.wikisource.org/wiki/Ιστορίαι_(Ηροδότου)/Κλειώ          
http://en.wikipedia.org/wiki/Lewis_Waterman
Sual müəllifinin fantaziyası.
Müəllif: Emin Məsimli


Sual 16.           
Filip Dikin XX əsrin ortalarında yazdığı hekayəsində ABŞ və SSRİ arasındakı nüvə müharibəsindən sonra insanlar yeraltında gizlənirlər. Yer üzündə axtarışa çıxmış amerikan qəhrəman SSRİ bazasını tapmaq üçün ətrafa baxaraq ONU axtarır. ONU bir yunan mənşəli sözlə deyin.   

Cavab: Periskop        
Şərh: Nüvə müharibəsindən sonra hər tərəf darmadağın olduğundan hərbi bazalar da yeraltında yerləşir. Qəhrəman belə bazaları tapmaq üçün ilk növbədə periskopları tapmalıydı. “Ətrafa baxaraq” sözləri ipucu idi, periskop yunancadan “ətrafa baxıram” deməkdir. Birinci və İkinci Dünya müharibələrində periskoplardan xəndəklərdən də baxmaq üçün istifadə edirdilər.         
Mənbə: Philip K. Dick “Second Variety”     
http://en.wikipedia.org/wiki/Periscope
Müəllif: Emin Məsimli


Sual 17.           
18-ci əsr Şuşasının mədəni həyatından  bəhs edən bir məqalədə ONA xüsusi diqqət ayrılır. 1970-ci ilə aid mənbədə Kamran Rəcəblinin ONU məharətlə oynamasının şahidi ola bilərik. Onu iki sözlə deyin.    

Cavab:  Vaqifin Rolu
Şərh:  Birincidə söhbət həmin dövr Şuşasının mədəni həyatında şair Vaqifin rolundan ikinci cümlədə “Şərikli Çörək” filmində Kamran Rəcəblinin canlandırdığı Vaqifin rolundan gedirdi
Müəllif: Sultan Zahidov


Sual 18.           
Edvard Reycerin hekayəsinin qəhrəmanı bitkilərin psixoqalvanik reflekslərini ölçmək üçün ONDAN istifadə edir. Hindistanda ONDAN ilk dəfə 1948-ci ildə baş vermiş hadisədən sonra istifadə edildiyini bilərək, ONU iki sözlə deyin. 

Cavab: Yalan Detektoru       
Şərh: Hekayənin qəhrəmanı xarici mühitə uyğun olaraq bitkilərin emosional dəyişikliklərini ölçürdü. 1948-ci ildə Mohatma Qandinin qətlinin araşdırılması zamanı ilk dəfə “yalan detektoru”ndan istifadə edilmişdi.
Mənbə: Edward Rager, “Crying Willow”.    
http://www.vympel-polygraph.ru/str/about/hystory.htm
Müəllif: Emin Məsimli


Sual 19.           
“Ölümcül Qadın” serialının epizodlarından birində bədəndəki dəmir tələbatını ödəməklə BUNU ETMƏYƏ çalışan şəxsdən bəhs olunur. Həmin şəxsin soyadını deyin.

Cavab: Batori
Şərh: Onun məqsədi gözəlləşmək idi. Bunun üçün o tərkibində dəmir hissəcikləri olan qan içirdi.
Söhbət qanlı qrafinya Elizabet Batoridən gedirdi.
Müəllif: Sultan Zahidov


Sual 20.           
1996-ci ildə yazılmış bir əsərdən sitata qulaq asın:  Bizim hər birimiz ölümə məhkumuq,lakin ilahi, hərdən BU o qədər uzundur ki..”  BUNU iki sözlə deyin.

Cavab: Yaşıl Mil
Şərh: Əsərdən də filmdən də sizə məlumdur ki, yaşıl mil həbsxanada ölüm hökmünə məhkum olmuş dustaqlar saxlanılan yerdə elektrik stulun yerləşən otağa aparan koridora deyilir.
Müəllif: Sultan Zahidov


Sual 21.          

Paylama Materialı.


O,  Müqəddəs Roma İmperiyasında doğulmuş,  təqribən otus yaşından paşlayaraq sosial həyatdan özünü taha çox təçrid eləmiş, ömrünün son töfrüntə isə tostları ilə pirkə tört yüsə yaxın kitap yasmıştır.


Aparıcı sualı bu formada oxumalıdır:

O, Müqəddəs Roma İmperiyasında doğulmuş,  təqribən otuz yaşından başlayaraq sosial həyatdan özünü daha çox təcrid eləmiş,  ömrünün son dövründə isə dostları ilə birgə dörd yüzə yaxın kitab yazmışdır. Onun kim olduğunu tapın.  

Cavab: Lüdviq Van Bethoven.         
Sayılma Meyarı:  Bethoven; L.V. Bethoven.           
Şərh: Sual mətninin sonuna doğru cingiltili samitləri daha çox kar samitlərin əvəzləməsi onun həyatına alluziya idi. Müqəddəs Roma İmperiyası əhəmiyyətli hissəsini alman torpaqları əhatə edirdi, artıq eşitmə problemi yaranandan o sosial həyatdan daha çox qaçırdı, tamamilə kar olduqdan sonra isə dostları onunla danışmaq üçün deyəcəklərini kitaba yazırdı, o isə fikirlərini bəzən şifahi bəzən isə kitaba yazmaqla bildirirdi.
Mənbə:
http://www.biography.com/people/ludwig-van-beethoven-9204862?page=4         
http://en.wikipedia.org/wiki/Beethoven         
Sual müəllifinin fantaziyası.   
Müəllif: Emin Məsimli


Sual 22.           
Rafael Hüseynovun bir əsərində İrandan yüklə Azərbaycana keçən yazıçını soymağa çalışan quldurlardan bəhs olunur. Yazıçının özü ilə xəzinə daşıdığını düşünən soyğunçular onu öldürsələr də istədiklərini ala bilmirlər. Cünki yazıçı sərhədi sadəcə BUNUNLA keçmişdi. BU 1888-ci ildə yazılan əsərin adıdır.Bunu 3 sözlə deyin

Cavab: Kitab Yüklü eşşək
Şərh:  Sualda yük sözü əbəs yerə verilməmişdi. Yazıçının yükü kitablardan başqa nə ola bilərdi ki? Söhbət Mirzə Əbdürrəhim Talıbovun Kitab Yüklü Eşşək əsərindən gedirdi.
Mənbə:  Rafael Hüseynov, Yurdun adındakı Can
Müəllif: Sultan Zahidov


Sual 23.           
Onun tədqiqatları , milyonlarla insanın ölümünə bais olmuş keçmiş nasist Almaniyası təəbəsi Adolf Eyxmanın məhkəmə prosesindən 3 ay sonra başladı. Onun soyadını deyin

Cavab:  Milqrem
Şərh: Məhz Eyxmanın məhkəməsi zamanı məşhur amerikan psixoloqu Stenli Milqremi  insanlar niyə avtoritetlərin əmri ilə digər insanları öldürürlər sualı maraqlandırmağa başladı. Bundan sonra o özünün məşhur Milqrem eksperimentini irəli sürdü. Bu eksperimentdə insanların avtoritetə tabe olması səbəbləri öyrənilir.  Adolf Eyxman milyonlarla yəhudinin ölümünə səbəb göstərilən keçmiş gestapo məmuru idi. Təəbə sözü də ipucu olaraq verilmişdi.
Müəllif: Sultan Zahidov


Sual 24.           
Rünoskye Akutaqava vəsiyyətnaməsində özünün bütün əmlakını belə təsvir edir: 100 sub torpaq, ev, 2000 yen pul və ALFA . Bir versiyaya görə, ALFAnı termin kimi ilk dəfə 1838-ci ildə hüquqşünas Şarl Renuar işlətmişdir. ALFAnı iki sözlə deyin.           

Cavab: Müəlliflik hüququ     
Şərh: Birinci hissədə söhbət Akutaqavaya məxsus əsərlərin müəlliflik hüququndan gedirdi. İkinci hissədən söhbətin hüquqi termindən getdiyi aydın olmalıydı.    
Mənbə: http://enc.vkarp.com/2013/06/12/авторское-право-на-произведение-иску/        
http://lib.ru/INOFANT/RUNOSKE/will.txt_with-big-pictures.html
Müəllif: Emin Məsimli