Saturday 6 May 2017

II Ağıl Oyunları turnirinin Bakı seçim turu - 28.06.2014


Redaktorlar: Sultan Zahidov , Emin Məsimli, Asim Cəlalov.

1. “Ağıl Oyunları” filminin personajı Alişa bir dəfə BUNU EDƏRƏK 4348 ədədinə çatdığını bildirir. Sual müəllifinin fikrincə, Oskarın təqdimolunma mərasiminə gələn məşhurların adlarını sadalayan aparıcı əslində BUNU EDİR. BUNU ETMƏKlə əvəz olunan iki sözü deyin. 

Cavab: Ulduzları saymaq  
Şərh: Alişa bir gecə səmadakı ulduzları sayaraq 4348 ədədinə çatdığını bildirir. Verilişin aparıcısı isə Hollivud Ulduzlarını sayırdı.        
Müəllif: Emin Məsimli



2. Mixayil Zadornov yarı zarafat, yari ciddi qeyd edir ki, əgər futbolun sponsoru Mcdonalds olsa, o zaman  meydana 22 o çıxacaq. Məşhur onlar arasında Okinumi Ayumi ve Kaysei İcironu misal çəkmək olar. Onu deyin.

Cavab: Sumoçu       
Şərh: Okinumi Ayumi və Kaysei İciro yapon adlarıdı. Söhbət burada yaponiyada məşhur olan Sumo idman növünün iştirakçılarından gedir.  
Müəllif: Sultan Zahidov


3. “100 böyük fırıldaq” kitabında obrazlı şəkildə Çarlz Ponzinin dolların üzərinə sıfırlar əlavə edə bilmə bacarığından danışılır. Bəs onu hansı mifoloji personajla müqayisə edirlər?

Cavab: Midas           
Şərh: Maliyyə fırıldaqçısı olan Ponzinin toxunuşunu toxunduğu hər şeyi qızıla çevirən Midasla müqayisə edirlər.          
Müəllif: Emin Məsimli


4. Paylama materialı:















Gördüyünüz bir festivalın afişasıdır. Şəkildə sizdən gizlədilmiş iki sözü tapın.


Cavab: Yəhudi filmləri / Jewish Film      
Şərh: Gördüyünüz şəkildə film lentləri yəhudilərə xas olan saç düzümünü xatırladır.
Müəllif: Asim Cəlalov


5. Miçio Kaku kimyanın tarixi haqqında danışarkən deyir:Artıq hissəcik sürətləndiricisinin köməyi ilə ALFA atomunu BETA atomuna çevirmək mümkündür. Dilimizdə ALFA və BETAnın eyni hərflə başladığını bilərək hər ikisini cavab kartına yazın.

Cavab: Qurğuşun ,qızıl.     
Şərh: XIX əsr kimyaçıları qurğuşunu qızıla çevirmək iddiasını absurd hesab edirdi. Bu gün isə hissəcik sürətləndiricisinin köməyi ilə prinsipcə bunu etmək mümkündür.    
Müəllif: Emin Məsimli


6.  19-cu əsrin 40-cı illərindən etibarən Kaliforniyaya dünyanın hər yerindən qızıl axtaranlar gəlməyə başladı. Siz isə bir dəqiqədən sonra Kaliforniya ştatının devizini bir əcnəbi sözlə deyin.

Cavab: Evrika
Şərh: Evrika yunancadan “tapmışam” anlamını verir.  
Müəllif: Sultan Zahidov


7.  1941-ci ildə Sovet antropoloqu Gerasimov tərəfindən qəbri açıldıqdan sonra ONUN budunda zədələnmə olduğu bildirildi. Söhbət kimdən gedir?

Cavab: Teymur Ləng          
Şərh: Versiyaya görə Temurun ləng “olmasının” səbəbi məhz budundakı zədə olub. “1941-ci ildə qəbrin açılması” - Teymurun qəbrini açanların ölkəsinə bədbəxtlik gələcəyi ilə bağlı rəvayətə işarə idi.          
Müəllif: Emin Məsimli


8. 2003-cü ildə Almaniya və İsveçrə Reyn çayı üzərində tikdikləri körpünü birləşdirərkən tərəflərdən birinin digərindən hündür olduğu ortaya çıxdı. Buna səbəb Almaniyadan fərqli olaraq İsveçrənin X-i ölçməyə coğrafi şəraitinin uyğun olmaması və bu səbəbdən Fransa standartlarını əsas götürməsi idi. X-i iki sözlə deyin.

Cavab: dəniz səviyyəsi      
Şərh: Almaniyada dəniz səviyyəsi Şimal dənizindən hesablanır. İsveçrənin dənizə çıxışı olmadığından dəniz səviyyəsi Fransada olduğu  kimi Aralıq dənizi hesab olunur.
Müəllif: Asim Cəlalov


9.  Legomenon.com saytında qeyd olunub ki, ONLAR yuxuda keçən zamanı ölçür. ONLARın müəllifinin 1904-cü ildə Fiqerasda doğulduğunu bilərək, müəllifin kim olduğunu tapın.

Cavab: Salvador Dali         
Şərh: Yuxuda keçən zaman – yuxu və reallığın qarışığı – sürrealizmə işarədir. Əriyən saatlar əsərinin müəllifi Salvador Dalidən söhbət gedirdi.          
Müəllif: Emin Məsimli


10. Erik Tomson göy cisimlərinin hər anını görmək istəyən astronomları ONLARla müqayisə edir. Məşhur aktrisa Cessika Simpsonun fikrincə, Dallas şəhərinin ən yaxşı xüsusiyəti ONLARın olmamasıdır. ONLARI bir əcnəbi mənşəli sözlə deyin.

Cavab:Paparatsi
Şərh: Astronomlar öz teleskopları ilə fotoaparatdan istifadə edən paparatsilərə bənzəyir.
Müəllif: Emin Məsimli


11. Rafael Hüseynov qeyd edir ki, sovet dövründə atası Hacı Zeynalabdın Tağıyevın tanınmasına çalışan Sara xanım hər gün atasına aid sənədlərlə dolu çantalarla kommunist küçəsi ilə üzüyuxarı dövlət arxiv binasına tərəf qalxar, lakin hər dəfə rədd cavabı alaraq geri dönərdi. Siz isə Rafael Hüseynovun Sara xanımın bu cəhdlərini nəyə bənzətdiyini iki sözlə deyin

Cavab: Sizif əməyi  
Şərh: Yunun mifologiyası qəhrəmanı Sizifi tanrılar dağın başına ağır bir daş qaldırmaqla cəzalandırmışdılar. Bu daş hər dəfə təpəyə çatanda yenidən aşağı diyirlənirdi.
Müəllif: Sultan Zahidov


12. Sergey Dovlatov səfil həyat keçirən qardaşı haqqında danışarkən deyir: “Özü yəhudi olan arvadı tez-tez  Boryanın da yarı yəhudi oluğunu deyirdi.” Siz isə Boryanın arvadının öz fikrinin necə əsaslandırdığını iki sözdən ibarət frazeoloji birləşmə ilə deyin

Cavab: Qanımı içir (qan içmək)   
Şərh: Burada xanım məcazi mənada ərinin ona qarşı pis davrandığını demək istəyir. O kinayə ilə bu yolla ərinin də damarlarında yəhudi qanı axdığını bildirir.
Müəllif: Asim Cəlalov


13. Paylama materialı.







Rekvizitdə gördüyünüz bir film personajının müxtəlif kadrlardan fotosudur. Filmdə personaj 1884-cü ildə Sürixdə doğulmuş şəxsin soyadını özünə ləqəb kimi götürüb. Həmin soyadı deyin.

Cavab: Rorşax         
Şərh: Rekvizitdə gördüyünüz kadrların hər birində personajın “üz cizgiləri” fərqlidir və məşhur Rorşax ləkələrindən ibarətdir.        
Müəllif: Emin Məsimli


14.  XI Tezis jurnalının “İstehlak Cəmiyyəti” haqqında olan məqaləsindəki fotolardan birində O insanlar üçün dəmir barmaqlığa çevrilib. ONU deyin.

Cavab: Barkod         
Sayılma Meyarı: Barcode, Bar Code, Ştrix-Kod, Ştrixkod.      
Şərh: Jurnalın adı Marksın XI tezisinin adından götürülüb və kapitalist cəmiyyətini tənqid edir. Fotoda malların üstündəki barkodun ağ-qara zolaqları həbsxananın dəmir barmaqlıqlarına çevrilib.     

Müəllif: Emin Məsimli


15. Avropadakı bir muzeydə Teonun nəvəsindən alınan hüceyrə nümunəsi ilə yaradılmış qeyri-adi eksponat saxlanılır. Bu nümunə ziyarətçilərə xüsusi təchiz olunmuş alət vasitəsi ilə ONA ürək sözlərini çatdırmaq imkanı verir. Eşitdiyiniz mətndə Onunla əvəz olunanın kim olduğunu deyin.

Cavab: Vinsent van Qoqa  
Şərh: Teo Van Qoqun məktublarını yazdığı qardaşı idi. Onun nəvəsi V. Van Qoqun yaşayan ən yaxın qohumu olduğundan ondan alınan nümunə ilə rəssamın kəsdiyi qulağının nümunəsi yaradılıb. 
Müəllif: Asim Cəlalov

16. Borxesin əsərinin personajı tezliklə vəfat edəcək sevgilisi ilə əbədi vidalaşarkən aralarından axıb keçən insanlar və maşınları ONA bənzədir. ONU çoxhecalı əcnəbi söz ilə deyin.

Cavab: Axeyron      
Şərh: Borxes sevgililəri ölümün ayıracağına simvolik işarə edir. Mifologiyaya görə Xaron Axeyron çayı vasitəsilə ölən insanların ruhunu yeraltı səltənətinə aparırdı.
Müəllif: Emin Məsimli       


17.“Aviator” filmində Hovard Hyuz kino çəkərkən kadrlarda təyyarələrin sürətinin hiss olunmadığını düşünür və ONLARI gözləməyə başlayır. H.Murakaminin “Buz Adam” hekayəsinin söhbət edən obrazlarından biri digərini karikatura personajına bənzədərək deyir: “sanki mən ONU görürəm”. ONU bir sözlə cavab kartına yazın.

Cavab: Bulud           
Şərh: Açıq səmada təyyarələrin sürətini hiss etdirmək üçün onları kadrlarda buludlarla müqayisə etmək lazım idi. Hekayənin personajlarından biri digərini karikatura personajına bənzədərək deyir ki, onun dediklərini elə bil bulud üzərində görürdüm. Kariatura personajlarının danışığı bulud üzərində təsvir olunur.          
Müəllif: Emin Məsimli


18. Paylama materialı.
 









Gördüyünüz şəkil Amerikalı rəssam-dizayner Dina Fridin 50 fotoluq xüsusi kolleksiyasındandır. O müxtəlif bədii əsərlərdə təvir olunan süfrələrin fotolarını çəkərək bu kolleksiyanı yaradıb. Bəs heç də səliqəli olmayan bu süfrə hansı personajın son yeməyidir?

Cavab: Qreqor Samsa         
Şərh: F.Kafkanın Metamorfoza əsərində böcəyə çevrilən qəhrəmanı ailəsi süfrədən qalan tullantılarla bu cür bəsləyirdi.          
Müəllif: Asim Cəlalov


19. Mixayil Zadornov bir əsərində ABŞ uşaqlarındakı düşüncəni belə tənqid edir:  Onlar elə zənn edirlər ki, qırmızı papaq nənəsinə hamburger aparıb, Raskolnikov isə qarını öldürməmişdən əvvəl kafedə Heineken pivəsi içib, o isə özünü spidveydəki cipin altına atıb. Onun kim olduğunu deyin.        

Cavab: Anna Karenina       
Şərh: Lev Tolstoyun məşhur qəhrəmanı isə özünü qatara atmışdı.    
Müəllif: Sultan Zahidov


20. Hokkuların birində atom bombasının partlamasından sonra ONUN bərkdən çığırdığı deyilir.ONA həsr olunmuş vikipediya məqaləsində yunan əlifbasının bəzi hərflərinin də xatırlandığını bilərək ONU iki sözlə deyin.

Cavab: Geyger sayğacı       
Şərh: Birdən birə radiasiyanın həddən çox yüksəlməsi Geyger sayğacının bərkdən çığırmağına səbəb olur. Geyger sayğacı radiasiyanı ölçən alətdir: alfa, beta hissəciklər, qamma şüalanmasını müəyyən edə bilir.   
Müəllif: Emin Məsimli


21. Bu əsərə həsr olunmuş illustrasiyalardan birində baş qəhrəman oyun kartında təsvir edilib. 1886-cı ildə yazılan həmin əsərin müəllifini deyin.

Cavab: Stivenson    
Şərh: Oyun kartlarındakı insan təsvirlərinin əksəriyyəti ikitərəflidir. İllustrasiya Dr. Jekyll və Mr. Hyde-ın ikili xarakterini təsvir edir.       

Müəllif: Emin Məsimli

22. Bir yumoristik karikaturada kimsəsiz adada qalan insan bir nəzəriyyənin doğruluğuna ümid edir. Bu nəzəriyyəni yaradanın kim olduğunu deyin

Cavab: Alfred Veqener      
Şərh: Adadan xilas olmaq istəyən insan Veqenerin kontinental drift yəni materiklərin hərəkəti nəzəriyyəsinin doğruluğuna ümid edir. Belə olan halda nə vaxtsa materiklərin həmin adayla da birləşməsi mümkündür.
Müəllif: Sultan Zahidov


23. 100 böyük yazıçı kitabında bu əsər bir qrup oğlanların robinzonadası kimi təqdim olunur. 1954-cü ildə çapdan çıxan bu əsərin müəllifini deyin

Cavab: Uilyam Qoldinq     
Şərh: Söhbət Qoldinqin məşhur Milçəklər hökmdarı əsərindən gedirdi        
Müəllif: Sultan Zahidov


24. Seriyalardan birində səhrada bir qida növünü axtaran Timon və Pumba hec cür istədikərini tapa bilmirlər. Siz isə həmin qida növünü fransız mənşəli sözlə deyin.

Cavab: desert           
Şərh: Xəritədə ingiliscə ingiliscədən səhra anlamını verən desert sözünü görən personajlar burada desert yeməyi olacağı ümidi ilə səhralığa gəlirlər. Desert süfrəyə ən sonda gətirilən qida növüdür.       
Müəllif: Sultan Zahidov