Monday 15 May 2017

Avalon (XİGK-da 42-ci dövrə) - 19.10.2013

1. Paylama materialı:          

Türk şairi Cemal Süreya dostu ilə girdiyi mərcin nəticəsinə görə Y-i itirmişdi.
Y-i tapın.

Cavab: Y hərfi
Sayılma meyarı: Y
Şərh: Şair söz vermişdi ki, əgər mərci uduzsa soyadında olan 2 y hərfinin birindən imtina edəcək. Bu mərcdən sonrakı əsərlərini şair Süreyya yox Süreya təxəllüsü ilə yazıb.     
Müəllif: Nicat Ramazanov


2. Paylama materialı:

Arxitektor cütlük Devid Marks və Culi Barfildin 6 illik zəhmətindən sonra nəhayət ki belə demək olarsa səhərin gözü açıldı.

Mətndə xırda çatışmazlığın olduğunu bilərək söhbətin nədən getdiyini tapın.

Cavab: London Eye
Sayılma meyarı: dəqiq cavab
Şərh: Mətndəki çatışmazlıq əslində şəhər olmalı sözün səhər olaraq verilməsi idi.
Müəllif: Nicat Ramazanov



3. Bir çox hindu xalqlarının əsasən əkib becərdiyi qarğıdalı, lobya ve balqabağa verilən ümumi ad çoxlarınıza Azərbaycan mətbəxindən tanışdır. Sonradan yerli nadir bitki olan Kleome də bu siyahıya əlavə olundu ve yerli xalq arasında 6cı hiss adını aldı. Əvəzedilmiş sözləri tapın.
Cavab: 4cü bacı

Sayılma meyarı: dəqiq cavab
Şərh: əsasən əkilib becərilən 3 bitkiyə xalq arasında 3 bacı deyilirdi, sonradan bu siyahıya qoşulan Kleome isə 4-cü bacı adını aldı.
Müəllif: Nicat Ramazanov


4. Bir dəfə ONUN təklifinə belə cavab vermişdilər:
- Skotland-Yarda gedin, əgər dediyinizi orda da bacarsaz sizə səhnədə çıxış etməyə şans verəcəm.
ONUN kim olduğunu tapın.

Cavab: Harry Houdini
Sayılma meyarı: Houdini
Şərh: söhbət məşhur qandaldan qurtulma nömrəsindən gedirdi.
Müəllif: Nicat Ramazanov


5. O 1949-cu ildə aviabazada sınaq apararkən tərslikdən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub. Onun kim olduğunu tapın.
Cavab: Edvard Merfi

Sayılma meyarı: E. Merfi, Merfi.
Şərh: Bu hadisədən sonra Merfi həyatda rastlaşdığı istənilən hadisədə hansısa tərsliyi gözləməyə başlayır və məşhur qanunlarını yazır.
Müəllif: Nicat Ramazanov


6. Duplet:
1. Kolomenskoye kəndi yaxınlığında anadan olmuş bu şəxs saray çəkişmələri və hakimiyyət çevrilişləri şəraitində böyümüşdü. Müasirlərinin fikrincə bu fakt ONU şübhəcil, kinli və olduqca qəddar etmişdi. Söhbətin kimdən getdiyini tapın.
2. Atasının razılığı ilə Krımdan qayıtdıqdan sonra O, taxta iddiası ola biləcək bütün qohumlarını edam etdirmişdi. Onun kim olduğunu tapın.

Cavab: 1. İvan Qroznıy 2. Sultan Yavuz Səlim ( Qroznıy )
Sayılma meyarı: dəqiq cavablar
Şərh: Hər iki hökmdar qəddarlıqlarına görə tərcümədə eyni məna verən ləqəblər almışdı.
Müəllif: Nicat Ramazanov


7. 15 oktyabr BMT uşaq fondu tərəfindən BUNU ETMƏK günü elan olunmuşdur. EKspertlərin rəyinə görə vaxtaşırı BUNU ETMƏK bır sıra ağır xəstəliklərin insan orqanizminə yoluxmasının qarşısını ala bilər. Günahsız olduğunu göstərmək üçün xalq qarşısında BUNU EDƏNİN kim olduğunu tapın.

Cavab: Pontiy Pilat
Sayılma meyarı: dəqiq cavab
Şərh: söhbət əl yumaqdan gedirdi, İsanın məhkəməsi zamanı prokurator Pilatın məsuliyyəti öz üzərinnən atmaq mənasında göstərişli şəkildə əllərini yuması çoxlarına məlumdur.
Müəllif: Nicat Ramazanov


8. Xokkulardan birində O yazıçı ambisiyasının qurbanıdır. O həm də 1995-ci ildə yazılmış əsərin adıdır.ONU bir sözlə deyin.

Cavab: Qiraətçi
Sayılma meyarı: dəqiq cavab
Şərh: Sualın ikinci hissəsində söhbət Bernxard Şlinkin “Qiraətçi” əsərindən gedirdi.
Müəllif: Fərid Nağızadə


9. Rey Bredberi Farenheyt 451 əsərini yazmağa o qədər aludə olmuşdu ki, barmaqları demək olar ki, çap maşınından ayrılmırdı. Bu haqda danışan Bredberi çap maşını ilə özünü “Barnumun sirk ustaları” ilə müqayisə edirdi. “Barnumun sirk ustaları” ilə hansı iki sözü əvəz etmişik?

Cavab: Siam əkizləri
Sayılma meyarı: dəqiq cavab
Şərh: Biz elə bil barmaqları bitişik olan Siam Əkizləri idik. Barnum sirk ustaları arasında məşhur Siam Əkizləri olan Chang və Eng Bunker də var idi.
Müəllif: Fərid Nağızadə


10. Con Evelin öz kitabında XVI əsrdə baş vermiş hadisəni təsvir edərkən, qeyd edir ki, ONUN məqsədi ilk növbədə Qlouçester yaxınlığındakı Dean meşəsindəki bütün ağacları məhv etmək idi. ONU iki sözlə deyin.

Cavab: Məğlubedilməz Armada
Sayılma meyarı: dəqiq cavab
Şərh: "Qlouçester" və "Dean" toponimlərindən bilmək olardı ki, söhbət İngiltərədən (Britaniyadan) gedir. Həmin dövrdə meşə siyasəti geniş yayılmışdı və rəqiblər daim bir-birinə məxsus meşə ərazilərini məhv etməyə can atırdılar. Dean meşəsindən gəmi hazırlanması üçün istifadə edilirdi və ispanlar qorxurdular ki, ingilislər güclü donanma yaradıb dənizlərdə hakim mövqe əldə edəcəklər. Digər tərəfdən, Dean meşəsi palıd ağacları ilə zəngin idi, palıd İngiltərənin milli ağacı sayılırdı və ingilislər palıdsız İngiltərənin qüdrətli dövlət ola biləcəyinə inanmırdılar.
Müəllif: Emin Məsimli


11. Percival Lowel 1906-16-cı illərdə nəzəri cəhətdən mövcud olduğunu düşündüyü planet üzərində hesablamalar aparırdı. Planetin mövcudluğu alimin ölümündən sonra sübut olundu və planetə rəsmi ad verərkən alimin ALFAları da nəzərə alındı. ALFAnı bir latın mənşəli sözlə deyin.
Cavab: İnisial
Sayılma meyarı: dəqiq cavab
Şərh: Bir neçə namizəd arasından seçilən Pluton adında siz həm də Percival Lowelin inisiallarını da görə bilərsiniz. İnisial sözü latınca “başlanğıc” deməkdir.
Müəllif: Emin Məsimli


12. Pluton bəzən Neptunun orbitinin qabağına keçərək günəşə Neptundan daha yaxın olur. Aleksey Naumenko, bu prosesi ALFA adlandırır. ALFAnı ifadə etmək üçün adətən sıfırlardan istifadə olunur. ALFAnı deyin.

Cavab: qala qurma
Sayılma meyarı: rokirovka
Şərh: A. Naumenko Neptunla Plutonun yer dəyişməsini şahmatda şahla topun yerdəyişməsinə bənzədir. Şahmat notasiyasında bir neçə kompyuter oyunları istisna olmaqla qalaqurma sıfırlarla işarə olunur.
Müəllif: Emin Məsimli


13. Aforizmlərindən birində O, Ağılı dayçaya bənzədir və nə qədər qəribə də olsa qeyd edir ki, bu dayçanı yemləməklə bərabər vaxtaşırı qamçılamaq da lazımdır. Onun kim olduğunu tapın.

Cavab: Fridrix Nitsşe
Sayılma meyarı: Nitsşe
Şərh: Vaxtilə atın qamçılamasının labüdlüyündən danışan filosof sonradan atın sahibi tərəfindən qamçılanması səhnəsindən psixoloji travma alır və ömrünün sonuna kimi bu travmanın təsiri altında qalır.
Müəllif: Elvin Abbaslı


14. İxtiraçısı Bernard Silverin sözlərinə görə o X-i Morze əlifbası əsasında yaradıb. Sadəcə Morze əlifbasındakı nötqə və tire aşağıya doğru genişləndirib. X-i bir tapın.

Cavab: Ştrixkod
Sayılma meyarı: Barkod
Şərh: nöqtə qalın, tire nazik xətlərə çevrilmişdi.
Müəllif: Nigar Yasinova


15. Aparıcı sualı iki dəfə dalbadal oxuyur.
Qabrielin nəyi 5 may 1921 -ci ildə ictimaiyyətə təqdim etdiyini bilərək, Qabrielin daha çox hansı ləqəblə tanındığını deyin.

Cavab: Koko
Sayılma meyarı: dəqiq cavab
Şərh: Söhbət Koko Şaneldən gedirdi, 05.05 tarixdə o Şanel No 5 ətirini təqdim etmişdi.
Müəllif: Nigar Yasinova


16. Qədim fransız dilində bu söz piyada döyüçüləri bildirmək üçün işlədilirdi. Bir məşhur filmdə isə bu sözün bir neçe dəfə təhrif olunmuş şəkildə tələffüz olunmasına şahid ola bilərik. Həmin sözü tapın.

Cavab: Pioner
Sayılma meyarı: dəqiq cavab
Şərh: Sehrli xalat filmində keçmişdən gələn xan Pioner sözünü bir neçə dəfə Piyanar kimi tələffüz etmişdi.
Müəllif: Elvin Abbaslı


17. ABŞ Dəniz Qüvvələrində istifadə olunan Harrier Jet adlı qırıcı təyyarədən bəhs edən məqalədə onun sürətli manevr etmək və eyni zamanda hədəfləri dəqiq bombalamaq xüsusiyyətlərindən danışılaraq ilk dəfə 1964-cü ildə işlədilən bir deyim xatırlanır. Siz isə ifadənin müəllifinin kim olduğunu tapın.

Cavab: Məhəmməd Əli
Sayılma meyarı: dəqiq cavab
Şərh: Kəpənək kimi uç, arı kimi sanc.
Müəllif: Elvin Abbaslı


18. 20-ci əsrin 20-30-cu illərində ABŞ-da “speakeasy” , yəni tərcüməsi “sakit danış” olan müəssisələr geniş yayılmışdı. Siz isə onların hansı fəaliyyətlə məşğul olduğunu tapın.

Cavab: Alkoqollu içki satışı
Sayılma meyarı: mənaya uyğun
Şərh: Quru qanun dövründə alkoqollu içkilərin satışı barəsində və alkoqollu içki satılan müəssisələrdə sakit danışmaq məsləhət idi.
Müəllif: Elvin Abbaslı


19. “Avatar” filmində Pandorra planetinə yeni gələn hərbçilərə müraciətində kolonel Mayls Kvoriç bu planetin fərqliliyini və hərbçilərin daha öz doğma yerlərində olmadığını bildirmək üçün bir ifadəni işlədir. Bu ifadəni ilk dəfə 1939-cu ildə Judy Garlandın dilindən eşitmək olar. Söhbətin hansı deyimdən getdiyini bildinizsə, orada işlənən ştatı cavab kartınıza yazın.

Cavab: Kanzas
Sayılma meyarı: dəqiq cavab
Şərh: Oz ölkəsinin sehrbazı filmindən məşhur olan “biz artıq Kanzasda deyilik ifadəsi” sonradan bir çox filmlərdə işlənmişdi.
Müəllif: Elvin Abbaslı


20. Struqatski qardaşlarının əsərində gözlənilmədən itkin düşən və bir neçə müddət sonra peyda olan insanlar barədə araşdırmalar aparan təşkilat KİMİN adını daşıyırdı?

Cavab: Rip Van Vinkl
Sayılma meyarı: dəqiq cavab
Şərh: Tədqiqat obyektləri ilə məşhur personaj arasında müəyyən bənzərlik var.
Müəllif: Nicat Ramazanov


21. Filip Dikin elmi-fantastik hekayəsinin qəhrəmanı yuxudan ayıldıqdan sonra büdrədiyindən Amerikada olmadığını güman edir. Lakin tezliklə ONUN normada olduğunu hiss edərək Yer Kürəsində olduğunu anlayır. O texnotriller janrındadır. ONU bir latın mənşəli sözlə deyin.

Cavab: Qravitasiya
Sayılma meyarı: dəqiq cavab
Şərh: qəhrəman qravitasiyanın qaydasında olduğunu hiss edərək Yer kürəsində olduğunu anlamışdı. Alfonso Kuaronun Qravitasiya filmi texnotriller janrındadır.
Müəllif: Emin Məsimli


22. 1987-ci ildə baş vermiş hadisədən sonra haranı zarafatla "Şeremetyovo-3" adlandırırdılar?

Cavab: Qırmızı meydan
Sayılma meyarı: Qızıl meydan
Şərh: 1987ci ildə Matias Rust təyyarə ilə meydana endikdən sonra belə bir zarafat yaranmışdı.
Müəllif: Elvin Abbaslı


23. Toni Stark varlı müəssisə sahibinin oğlu, ixtiraçı, xeyriyyəçi milliarder idi. Gənc yaşlarında atasının biznesinə varis olmuşdu. Bir sıra hərbi müdafiə təyinatlı texnikanın ixtiraçısı və istehsalçısı idi. Sten Lİ dəfələrlə Starkın real prototopinin olduğunu qeyd etmişdir. Həmin şəxsin kim olduğunu tapın.

Cavab: Hovard Hyuz
Sayılma meyarı: H. Hyuz
Şərh: bioqrafiyadakı uyğunluqlardan göründüyü kimi Sten Li Toni Starkı yaradarkən Hovard Hyuzdan ilhamlanmlışdı.
Müəllif: Nicat Ramazanov


24. X xəstəliyindən əziyyət çəkən insanlar ətrafdakılardan özlərinə qarşı xüsusi münasibət tələb edir və mövcud davranış qaydalarını tanımaq istəmir. Bir Azərbaycan filmində isə x-in müalicəvi əhəmiyyətindən danışılır. X-i tapın.

Cavab: Ulduz
Sayılma meyarı: yuxardakılar dəqiq cavab
Şərh: yuxardakılar Ulduz xəstəliyinin simptomları idi.
Müəllif: Nicat Ramazanov


25. X - 634 - cü ildə ərəblər tərəfindən ixtira olunub.Qarğıdalının xırdalanması və su təchizatı üçün istifadə edilib.Müzakirə dəqiqəsində gücünüzü boş yerə sərf etmədən X-i 2 sözlə cavab kartınıza yazın.

Cavab: Yel dəyirmanı
Sayılma meyarı: dəqiq cavab
Şərh: sonuncu cümlə Don Kixota işarə idi
Müəllif: Nicat Ramazanov