Monday 17 July 2017

PİL SİNXRON XI TUR - 11.06.2017

Sual paketinin müəllif və redaktorları: Emin Məsimli və Farid Nəsirulla.


1. 1962-ci ildə elektrik dirəyinin telləri üzərində yeriyən Horst sonda yıxılıb sınıq xəsarəti alsada sevinc içində idi. Siz isə bu zaman onun yaxınlığında olan obyekti dəqiqliklə deyin?         

Cavab : Berlin divarı          
Şərh: elektrik dirəyi üzərində yeriyib sonda yıxılan və sınıq xəsarəti alan Horst Kleyn sevinc içində idi çünki o Berlin divarını tellər üzərindən keçərək Qərbi Almaniya tərəfinə keçə bilmişdi.    
Müəllif: Farid Nəsirulla



2. Bir əsərin personajı hər dəfə yelləncəyə oturanda öz keçmiş günlərini xatırlayır. Bu zaman müəllif yelləncəyi İKSlə müqayisə edir. İstidə ağac metaldan daha az genişləndiyinə görə, keçmişdə xətanı azaltmaq üçün İKSləri metaldan yox ağacdan düzəldirdilər. İKSi iki sözlə deyin.

Cavab: Saatın kəfkiri          
Şərh: Bu zaman yelləncəkdə yellənən qəhrəman öz keçmiş vaxtlarını xatırlayır bu zaman müəllif yelləncəyin formasını saatın kəfkirinə bənzədir. Saatın kəfkiri isti yay günlərində genişlədikcə mexanizm yavaşlayır və vaxt ölçümündə xətalar yaranırdı.                 
Müəllif: Farid Nəsirulla      


3. “12 əsəbi adam” filminin qəhrəmanı gah hə deyən tərəfə, gah da yox deyən tərəfə dəstək olan qəhrəmanı BUNA bənzədir. BUNU eyni hərflə başlayan iki sözlə deyin.

Cavab: Tennis topu 
Şərh: filmdə bildiyimiz kimi hadisələr bir masanın ətrafınsa cərəyan edir. Bu zaman gah bir dəfə hə, gah bir dəfə yox deyən tərəfi dəstəkləyən qəhrəmanı digər qəhrəman tennis topu ilə müqayisə edir.
Müəllif: Farid Nəsirulla


4. Ted Chiangin fantastik əsərində uzun illər işləyəndən sonra insanlar nəhayət bunu edə bilir və cənnətə ayaq basırlar. Siz isə 1563-cü ildə bunu etmiş şəxsin kim olduğunu deyin?

Cavab: Piter Bregel ata       
Şərh: Dünyanın yeddi möcüzəsindən biri hesab edilən Babil qülləsinin tikilmə məqsədi tanrının yanına çatmaq idi. Ted Chiangin əsərində isə nəhayətki Babil qülləsini tamamlayan insanlar sonda cənnətə çatırlar. Piter Bregel Ata da 1563cü ildə Babil qülləsini tamamlamışdır.       
Müəllif: Farid Nəsirulla


5. Yapon nağılında meduza kralın tapşırığını düzgün yerinə yetirmir və nəticədə Kralın əmri ilə qəddarlıqla cəzalandırılır. Eşitdiyiniz yapon nağılı meduzaların müasir dövrdə nə üçün BELƏ olduğunu izah edir. Tarixçilər BELƏ ləqəbini almış şəxs haqqında danışarkən həmin şəxsin elastik oynaqlara sahib ola biləcəyini güman edirlər. BELƏ ilə əvəz edilmiş saitləri eyni olan sözü tapın.

Cavab: Sümüksüz    
Şərh: “Meduza və meymun” nağılında meduza öz axmaqlığı ucbatından tapşırılmış işin öhdəsindən gələ bilmir. Kralın əmri ilə Meduzanın bütün sümüklərini çıxardıb onu döyəcləyirlər. Tarixçilər İvarın belə ləqəb almasını onun rahat bükülə bilən elastik oynaqlara sahib olması ilə əlaqəli ola biləcəyini istisna etmirlər.        
Müəllif: Emin Məsimli


6. Siyahıya qulaq asın.         

Fedor Pronkov - Fedor istedatlı gənc oyunçu olsa da yetirməsi olduğu klubda forma tapmayandan sonra klubdan ayrılıb və klubsuzdur.      
Yevgeni Malkov - Yevgeni yetirməsi olduğu klubda çox az oyun keçirdikdən sonra klubdan ayrılaraq gənc yaşında kariyerasını sonlandırmalı olmuşdu.         
Mixail Shevyakov – yetirməsi olduğu klubda forma şansı almadığı üçün klubdan ayrılmış, 23 yaşında futbol karyerasına son qoymuşdu.
Arthem Perishin - ilk dəfə professional futbola başladığı klubdan müxtəlif klublara kirayələnmiş, sonrasında isə 23 yaşında karyerasını bitirməyə məcbur olub.

Bir dəqiqə ərzində sözü gedən futbolçuların hansı klubda forma gedindiyini cavab kartınıza yazın?

Cavab : Saturn         
Şərh: futbolçuların slavyan mənşəli olduqları soyad və adlarından aydın hiss olunur. Gənc yaşlarında Rusiyanınn məşhur Saturn klubunda futbol həyatına başlayan futbolçular, yetirmələsi olduğu klub tərəfindan kariyeraları məhv edilmişdi. Məşhur sujetdə ki kimi Saturn klubu da öz yetirmələrinin futbol həyatlarını məhv edirdi      
Müəllif: Farid Nəsirulla      


7. 1969-cu ildə vəfat etmiş bu aktyor vəsiyyətnaməsində ailə üzvlərindən öldükdən sonra cəsədinin yandırılmasını xahiş etmişdi. Kim?           

Cavab: Boris Karlof
Şərh: Meri Şellinin məşhur "Frankeşteyn və ya Müasir Promotey" əsərinin qəhrəmanı öldükdən sonra cəsədlərin həkim Viktor Frankeşteynin birləşfirilməsindən yaranmışdı. Nə qədər qəribə olsada, bu obrazla dünyada məşhurlaşan Boris Karlof isə öldükdən sonra yandırılmasını xahiş etmişdi. 
Müəllif: Farid Nəsirulla


8. SPQR adlı kitabda müəllif yazır ki, ONLAR ərləri ilə ataları arasındakı döyüşün qarşısını almışdılar. ONLARı iki sözlə deyin.    

Cavab: Sabin qadınları       
Şərh: SPQR sizi Qədim Romaya aparmalıdır. Əfsanəyə görə, iki xalq arasında münasibətlərin pisləşib müharibə səviyyəsinə çatmasına səbəb festival zamanı Romalıların Sabin qadınlarını zorla qaçırıb özlərinə həyat yoldaşı etməsi olmuşdu. Bu isə öz növbəsində Sabinlərlə Romalılar arasında münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu.            
Müəllif: Emin Məsimli        


9. Avtobioqrafik əsərdə müəllif İKS İQRİKİ zindanin tək pəncərəsi ilə müqayisə edir. 1572-ci ildə baş tutmuş Brille döyüşündə İQRİKLƏRİN İKSİNƏ kapitan Vilhelm van Treslonq başçılıq edırdi. İKS VƏ İQRİKİ dodaqlalan saitli sözlərlə cavab kartınıza yazın.

Cavab : Sol göz        
Şərh: Jan Dominik Bobi Skafandr və Kəpənək kitabında həyatla tək bağı olan sol gözünü hər tərəfi qapalı olan zindanın işiq gələn pəncərəsi ilə müqayisə edirdi. 1572ci ildəki Brille döyüşündə isə hücüm edən gözlərin soluna kapitan Vilhelm van Treslonq başçılıq edirdi.   
Müəllif: Farid Nəsirulla


10. Rekvizit:

Rekviztdə bəstəkar Alfred Cortonu görürsünüz. O məşhur əsərə İKS üçün notlar əlavə etmişdir. Pianist Jean Bavouzet isə ifa zamanı İKSDƏN istifadə etməmək üçün pianonun kənarından bərk yapışdığını qeyd edir. Alfanı iki sözlə deyin.  

Cavab : sağ əl           
Şərh: məşhur Sol əl üçün konçertosun yazan Moris Ravelin əsərinə Alfred Corto əsərə sağ əl üçün notlar əlavə etmiş və bu bəstəkarın hiddətinə səbəb olmuşdu. Pianist Jean Bavouzet isə ifa zamanı unutqanlıq edib sağ əldən istifadə etməmək üçün pianonun kənarından bərk yapışdığını qeyd edir.
Müəllif: Farid Nəsirulla


11. 20-ci əsrin ortalarında alim Trofim Lisenkonun "Sovet ittifaqi qısa zaman ərzində yeni və daha yaxşı insan yaradacaq" fikri komunnist ideologiyalı dövlətlərdə dəstəklənmişdi. Tezliklə bu fikri dəstəkləyənlərin tələbi ilə Müqəddəs Tomas Abbatlığı bağladılaraq fəaliyyətini dayandırdı. Siz isə abbatlığın hazırda nə kimi fəaliyyət göstərdiyini eyni hərflə başlayan iki sözlə deyin.

Cavab: Mendel muzeyi      
Şərh:. Genetika elminin banisi olan Qreqor Mendelin fikrincə bir nəslin xüsusiyyətləri o biri nəslə mütləq keçir. Bu ideya sovet ideologiyasına tam əks olduğundan sovet höküməti ənənəvi təqiblərinə davam edərək Brnoda yerləşən və Mendelin ömrünün bir çox ilini keçirdiyi Müqəddəs Tomas abbatlığını bağladılmışdı. İndi hal hazırda həmin abbatlıq Mendelin Muzeyi olaraq fəaliyyət göstərir.
Müəllif: Farid Nəsirulla


12. 20-ci əsrə aid kitabda müəllif qonaq olduğu ingilis malikanəsi haqda yazarkən bildirir ki, getdiyi yolları qırdığı budaqlarla işarələyirdi. Siz isə bu vaxt yazıçının nəyin içində olduğunu iki sözlə yazın.

Cavab : Bitki labirinti         
Şərh: Əsasən varlı zadəgan təbəqəyə aid malikənlərin həyətində Bitki labirintlərinə tez-tez rast gəlinir. Bitki labirintinin içində olan yazıçı isə azmamaq üçün bitkilərin budaqlarını qıraraq yolları işarələyirdi.
Müəllif: Farid Nəsirulla


13. O, 1507-ci ildə martın 15-ə bir neçə gün qalmış öldürülüb. Onun ad və soyadını deyin.

Cavab: Çezare Borcia         
Şərh: Martın 15-i sizi mart idlərinə aparmalıdır. Bildiyiniz kimi mart idləri Yuli Sezarın öldürülməsi ilə assosiyasiya olunur. Bəzi xüsusiyyətlərinə görə Sezara bənzəyən bu şəxs də İtaliyada 3 hərbi kampaniyaya rəhbərlik etmişdi. Maraqlıdır ki, özü də Sezar adının ispan variantını daşıyırdı.
Müəllif: Emin Məsimli


14. 2006-ci ildə BUnun üçün London qalasında xüsusi sanitar qəfəslər hazırlanmışdı. Bunu eyni hərflə başlayan 4 sözlə deyin.

Cavab: Qarğaları quş qripindən qorumaq
Şərh: bildiyimiz kimi qəfəsdə əsasən quşlar saxlanılır. 2006cı ildə quş qripinin tuğyan elədiyi vaxtda London qəsrinin məşhur qarğalarını quş qripindən qorumaq üçün sanitar qəfəslər hazırlanmışdı.
Müəllif: Farid Nəsirulla


15. 8-ci Henri Ceyn Seymurun ölümündən sonra Mariya de Gizlə evlənmək fikrinə düşmüşdü. Bu fikri eşidən Mariya isə öz növbəsində İKSinin kiçik olduğunu bildirərək evlilik təklifindən yayınmışdı. Bəs bir ədəbi mənbəyə əsasən İKSin böyük olması hansı peşə sahibinin həyatını xilas etmişdi?

Cavab: Zərgər          
Şərh: Henri artıq həyat yoldaşlarından birinin boynunu vurdurmuşdu. Mariya isə deyirdi ki, mən özüm böyük olsam da boynum çox kiçikdir.  “Loğmanla şəyirdi” azərbaycan xalq nağlında bağbanı asmaq istəyirlər çünki oğru onun bağına girəndə hasardan yıxılıb ayağını sındırır, bağban təqsiri bənnada görür çünki hasarı o tikib, bənna deyir şəyirdim çox kərpic verib, şəyird deyir yoldan keçən qadının qolbağında qalmışdı fikrim, qadın deyir qolbağı mən düzəltməmişəm, sonda günahkar zərgəri asmaq istəyəndə də onun boynu başından yoğun olduğu üçün kəndiri saxlamır.
Müəllif: Emin Məsimli       


16. Sual mətnində bir söz buraxılıb.          

Cerald Meyers yazır ki, 15-ci əsrdən etibarən Osmanlı sultanı öldükdən sonra hərəmdəki qadınları torbalara yığıb dənizə atırdılar. Əvvəlki cümlədə ahəng qanununa tabe olmayan bir söz buraxılıb. Həmin sözü deyin.  

Cavab: hamilə          
Şərh: Osmanlıda belə bir qayda yaranmışdı ki, hakimiyyəti ələ keçirən sultan özünün gənc qardaşlarını və yarı qardaşlarını öldürürdü ki, hakimiyyətə təhlükə yaratmasın. Yeni sultan isə hətta doğulmayan uşaqları belə öz hakimiyyətinə təhlükə yaratmasın deyə öldürtdürürdü. “Qanuna tabe olmayan” sözü həm də ipucu idi.     
Müəllif: Emin Məsimli


17. Yuval Noah Harrari kitabında meymunların bir-biri ilə əlaqə saxlamaq üçün müxtəlif mənaları verən səslərdən istifadə etdiklərini deyir. Məsələn, havadan təhlükə olanda meymunlar, “Diqqətli ol, qartal!” səsi çıxaranda qorxu içində dayanıb səmaya baxırlar, “diqqətli ol, şir!” səsini çıxaranda isə meymunlar ürkərək qaçıb ağaca çıxırlar.  Bəzən isə heç bir təhlükənin olmadığı halda, meymunlar “diqqətli ol, şir” səsini çıxardıb BUNU EDİRLƏR. İki sözlə deyin: 1883-cü ildə nəşr olunmuş əsərin qəhrəmanı BUNU EDƏNDƏ nə baş verirdi?

Cavab: Burnu uzanırdı        
Şərh: Meymunlar məsələn bananın yaxınlığında başqa bir meymunu görəndə “diqqətli ol, şir” səsini verirdi, hürkmüş meymun qaçıb ağaca çıxır və siqnalı verən ağıllı meymun həmin bananı götürürdü. Harrari bununla meymunların bir-birinə yalan danışdıqlarını bildirir. Pinokio yalan danışanda burnu uzanırdı.       
Müəllif: Emin Məsimli


18. Bu il Barselonanın PSJ ilə birinci səfər oyununda böyük hesablı məğlubiyyətini şərh edən bloqqer İqor Bıçkov yazır ki, elə bil Parisə gedən yolları qar bağlayıb və yenə də BURAXILMIŞ SÖZLƏR. BURAXILMIŞ SÖZLƏRdən biri ölkə adıdır. Həmin ölkəni tapın.  

Cavab: İslandiya      
Şərh: Komandanın yorğun göründüyünə diqqət çəkən müəllif deyir ki, oyunçular sanki Parisə piyada gediblər – yolları qar bağlayıb və yenə də İslandiyada vulkan püskürüb deyə təyyarə uçuşları təxirə salınıb. 2010-cu ildə İslandiyada vulkan püskürməyi nəticəsində Barselonanın uzun yol qət edərək Milana gəlməsini İnterə 3-1 məğlubiyyətinin səbəblərindən biri kimi göstərirlər.    
Müəllif: Emin Məsimli


19. Orta Əsrlər Romasında xuliqanlıq və dağıdıcılıq fəaliyyəti ilə məşğul olanları məcburən şəhərdən kənara köçürdürdülər. Bu zaman romalıların təkidi nəticəsində hətta İKS də eyni aqibəti yaşamışdı. İKSi qonşu hərflərlə başlayan iki sözlə yazın.     

Cavab : Neronun məzarı.    
Şərh: Bu qayda nəinki dirilərə hətta ölüyə də tətbiq olunmuşdu. Öz keçmiş tarixini unutmayan romalıların təkidi ilə Roma tarixinin ən dağıdıcı insanı olan şəhəri yandırmış Neronun məzarıda yerini dəyişdirərək həmin əraziyə yerləşdirilmişdir.     
Müəllif: Farid Nəsirulla
Top of Form


20. İlk dəfə 2011-ci ildə ivrit dilində nəşr olunan kitabdakı başlıqlardan biri “Su Daşqını” adlanır. Həmin əsərin müəllifinin heç olmasa soyadını deyin.    

Cavab: Harrari         
Sayılma Meyarı: Yuval Noah Harrari      
Şərh: Maraqlıdır ki, müəllifin ikinci adı Nuh-dur. Əvvəlki suallardan birində siz onun kitabından meymunlar haqqında olan sualı eşitmişdiniz. Söhbət Sapiens əsərinin müəllifi Yuval Noah Harraridən gedirdi.          
Müəllif: Emin Məsimli



21. BUNDAN danışılan incəsəntlə bağlı saytda müəllif deyir ki, cütlük arasındakı münasibətlər o qədər güclüdür ki, hətta qravitasiyadan belə boyun qaçıra bilirlər. BU 7 iyuldadır. BUNU üç və ya dörd sözlə deyin. 

Cavab: Mark Şaqalın Ad günü       
Sayılma Meyarı: Şaqalın ad günü, Markın ad günü, Mark Şaqalın doğum günü, Şaqalın doğum günü, Markın doğum günü.           
Şərh: 
Rəsm əsərində rəssamın sevgili qismində təsvir olunan özü və həyat yoldaşı demək olar ki, havada uçuşurlar. Mark Şaqal 1887-ci ilin iyulun 7-də doğulub. Söhbət Mark Şaqalın ad günü əsərindən gedir. 
Müəllif: Emin Məsimli       


22. Ceremi Bentham Fransa inqilabi dövründə anarxiyanı tənqid edən kitab nəşr etsədə , həyatı haqqında yazan müəlliflər inqılabı tərifləyən məktublara rast gəlmişdilər. Maraqlıdır kı, Jeremy Benthamın vəsiyatnaməsinə uyğun olaraq onun İKSi İQRİKdə sərgilənir. İks və İqriki cavab kartlarınıza yazın.   

Cavab: Skelet , Dolab         
Serh: bir şəxsin gizli olan məlumatlsrın üzə çıxması onun dolabda skleti adlanır. Maraqlıdır ki, Bentamin vəsiyyətnaməsinə uyğun olaraq ona məxsus sklet London Universitet Kollecində yerləşən dolabda sərgilənir.  
Müəllif: Farid Nəsirulla


23. Studentlər əsərinin personajı bildirir ki, Kiyevdəki azərbaycanlı tələbələr öz aralarında elmi söhbət apararkən BUNDAN istifadə edirlər. Eyni hərflə başlayan iki sözlə deyin: Bəs 19-cu əsrdə doğulan həmyerlimizin fikrincə azərbaycanlılar BUNDAN nə zaman istifadə edirlər?

Cavab: dirilərlə danışanda 
Şərh: Personaj bildirir ki, azərbaycan dili yoxsul dil olduğu üçün elmi diskussiyaları bu dildə aparmaq çətindir və ona görə də rus dilindən istifadə edirlər. Cəlil Məmmədquluzadə azərbaycanlıları tənqid edən məşhur ifadəsini xatırlamaq lazım idi, “ölüsü ilə ərəbcə dirisi ilə rusca danışan millətim”.   
Müəllif: Emin Məsimli


24. Sualdan qabaqaparıcı: [23 sualdan sonra turun nəticələri ilə zalı tanış et]    
Rekvizit:








Siz əgər rekvizitə nəzər yetirdinizsə ordakı şəxslər arasında babalarının atası haqqında olan filmin premyerasına gedən "Pernil və qardaşını gördünüz" . Biz də bu gün bir neçə dəfə "Pernil və qardaşını gördük" . "Pernill və qardaşını görmək" sözləri ilə əvəz olunmuş 3 sözü cavab kartınıza yazın.

Cavab : Turun nəticələrinə baxmaq         
Sayılma Meyarı: Oxşar cavablar. 
Şərh: Sizə verilmiş Rekviztdə Kon Tiki filmini izləməyə gəlmiş Heyerdal.Jr və ailəsini görürsünüz. Bildiyimiz kimi film Tur Heyerdalın həyatından bəhs edirdi, sizdə rekviztlə tanış olaraq Turun nəticələri olan Pernil və qardaşı 4cü Turu görürsünüz. Belə demək olarsa siz Turun nəticələrinə baxdınız. Biz də həm sualdan əvvəl həm də 13-cü və 19-cü sualdan əvvəl turun nəticələrinə baxdıq. Pernillin və qardaşı əvəztməsində qardaşının adının çəkilməməsi isə ailədə davam edən Tur adının verilməsi ənənəsi ilə bağlı idi.       
Müəllif: Farid Nəsirulla