Monday 13 November 2017

III Marafon turniri I tur - 11.11.2017

Turun müəllifi və redaktoru: Emin Məsimli

Elvin Abbaslı, Nigar Yasinova, Vüsal Həsənov, Sultan Zahidov və Rahib Məhərrəmzadəyə paketi test edib dəyərli məsləhətlərini verdiklərinə görə təşəkkürlər.



1. Bu yaxınlarda BBC-də efirə getmiş “Avropanın müqəddəs müharibəsi” adlı sənədli filmdə aparıcı 8-ci Henrinin özünü kilsənin başçısı elan etməsini 16-cı əsrin İKSİ adlandırır. İKSi neologizmlə deyin.

Cavab: Breksit
Şərh: 8-ci Henri bir növ Avropanın katolik birliyindən ayrıldı. Sənədli filmin “bu yaxınlarda efirə getməyi”nin deyilməsi də ipucu idi.
Müəllif: Emin Məsimli




2. 2001-ci ildə nəşr olunmuş fentezi romanında deyilir ki, ONLAR sanki personajın başının yan hissələrindən personajın düşüncələrinin dadına baxır. ONLARın adlarının qafiyələndiyini  bilərək ONLARı cavab kartına yazın.

Cavab: Hugin; Munin
Şərh: “Amerikan Tanrıları” əsərində Odinin çiyninə qonan quzğunlar Odinin başını yandan dimdikləməyə başlayır. Bu zaman digər personaj fikirləşir ki, adlarının mənası “yaddaş” və “fikir” olan quzğunlar sanki Odinin düşüncələrinin dadına baxır. 
Müəllif: Emin Məsimli



3. Verilişlərdən birində Neil Tyson bildirir ki, astronavt Chris Hadfield`in [Kris Hətfildin] twitter’də milyondan artıq izləyicisi var. Bununla belə Marsa endirilmiş cansız roverin izləyici sayı Chrisdən bir neçə yüz min çoxdur. Bu zaman yumorist Yevgeni Mirman əlavə edir: roverin izləyicilərinin əksəri İKSdir. İKSi qısa sözlə cavab kartına yazın.

Cavab: Bot
Şərh: Mirman sosial şəbəkələrdə kifayət qədər məşhur olan astronavtdan robotun daha məşhur olacağına inanmadığını bildirmək istəyir. İzləyicilərin suni yaradılmış saxta profillər olduğuna zarafatla ehkam vuraraq deyir ki, robot olan Curiosity roverinin izləyicilərinin əksəri botdur. Bot sözü robot sözündən yaranıb.
Müəllif: Emin Məsimli



4. 19-cu əsrin sonlarında yazılmış “Yunan dili tərcüməçisinin macərası” hekayəsində BURA yığışanların utancaq və misantrop olduğu deyilir. Bir serialın BURADA baş tutan səhnəsində personajlardan biri “bağışla, nə?” sualını verənədək dialoqlar ekranda yazılır. BURANI ikinci növ təyini söz birləşməsi ilə deyin.

Cavab: Diogen klubu
Şərh: Mizantrop və insanların danışmaması birbaşa cavaba işarə edir. Serialda personajlar lal dilində danışırdılar ki, səssizliyi pozmasınlar, lakin Vatson hər şeyi başa düşmədiyi üçün sonda məcbur qalıb sual verir. Şerlok haqqındakı bu hekayədə Şerlok ilk dəfə Diogen klubunu Doktor Vatsona izah edir. 
Müəllif: Emin Məsimli



5. Corc Martinin fentezi seriyasının tarixinə həsr olunmuş “Buz və Alovun dünyası” əsərində Boz Kral haqqında bir neçə əfsanə təsvir edilib. Belə əfsanələrdən birində Boz Kral məqsədinə nail olmaq üçün Tufan Tanrısını bilərəkdən qəzəbləndirir. Yunan mifologiyasının personajı isə əksinə - həmin məqsədə nail olduqdan sonra tanrının qəzəbinə düçar olmuşdu. Həmin personajı deyin.

Cavab: Prometey 
Şərh: Boz Kral Tufan Tanrısını bilərəkdən əsəbiləşdirmişdi. Tanrı isə yerə ildırım salmışdı. Nəticədə ağac yanmış və insanlar ilk dəfə odla tanış olmuşdu. Odu oğurlayan Prometey isə Zevsin qəzəbinə düçar olmuşdu.
Müəllif: Emin Məsimli



6. Komediya serialının personajı otağının pəncərəsini niyə açmadığını belə izah edir: Pəncərəni açanda ONU eşidirəm və O bilə-bilə nota düşməyərək məni ələ salır. ONU 1960-ci ildə nəşr olunmuş əsərin adında da görmək olar. Həmin əsəri cavab kartına yazın.

Cavab: Məsxərəçini öldürmək
Şərh: Ələ salmaq əsas ipucu idi. Personaj bildirir ki, məsxərəçi quşu notlara bilərəkdən düşməyərək onu məsxərəyə qoyur. Sualın ikinci hissəsində söhbət Harper Linin əsərindən gedirdi.
Müəllif: Emin Məsimli



7. Elmi-sənədli serialda alimlər Günəş sistemimizdə nəzəri olaraq doqquzuncu planetin mövcud ola biləcəyini deyirlər. Mümkündür ki, bu planet çox nəhəng olduğundan Yerin ilk vaxtlarındakı intensiv geoloji fəalliyyət burada hələ də davam etsin. Digər tərəfdən Günəşdən çox uzaqda yerləşdiyindən planetin atmosferi Yerin atmosferindən tam fərqli olacaq. Serialda bu zaman doqquzuncu planeti İKS adlandırırlar. İKS 2014-cü ildə nəşr olunmuş əsərin adıdır. İKSi dörd sözlə deyin.

Cavab: Buz və Alovun dünyası
Şərh: Nəhəng planetin güclü qravitasiyası olduğundan hələ də planetdə vulkanlar aktiv vəziyyətdə ola bilər. Digər tərəfdən Günəşdən çox uzaqda olduğundan atmosferini Günəş isidə bilməyəcək və atmosferi çox soyuq olacaq. Ona görə də deyilir ki, bu planet “Buz və Alovun dünyası” ola bilər. Əvvəlki suallardan birində siz bu əsərin adını eşitmişdiniz.
Müəllif: Emin Məsimli



8. Rekvizit:













18-ci əsrin birinci yarısına aid olan bu əsərin müəllifini deyin.

Cavab: Kanaletto
Sayılma Meyarı: Ciovanni Antonio Kanal.
Şərh: Təsvirdən aydındır ki, Venesiya şəhəridir. Rəsm əsərinin adı isə “Palazzo Flanginidən Kampo San Marcuolayadək Böyük Kanal”dır. Bernardo Kanalın oğlu olan və Venesiya şəhərinin təsvirləri ilə məşhur rəssam Ciovanni Kanal daha çox “Kanaletto” – “kiçik kanal” təxəllüsü ilə tanınır.
Müəllif: Emin Məsimli



9. Əl-Manyal Ər-Roda adasında bu obyektin təxminən 9 metr hündürlüyündə divarına Qurandan ayə həkk olunub, “Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman hərərkətə gəlib canlanar”. Obyektin adını əcnəbi sözlə deyin.

Cavab: Nilometr
Şərh: Adanın adı və ayə sizi ərəb-müsəlman ölkəsinə aparmalıdır. Nilin suyunun səviyyəsini ölçmək üçün istifadə olunan bu obyektdə hündürlük şkalalarla qeyd olunub – suyun səviyyəsi 8 metrdən aşağı olsa qarşıdan gələn il quraqlıq olacaq, 8 metrlə 10 metr arası torpaq üçün yaxşı sayılır və növbəti il bolluq olacaqdı. Məhz bu aralıqda da da Qurandan ayə divara həkk olunmuşdu. Suyun səviyyəsi 10 metri keçsə daşqın fəlakətlə nəticələnir. Ər-Roda adasının özü də Nil çayının ortasında yerləşir. 
Müəllif: Emin Məsimli



10. Sənədli filmdə Valdemar Yanuzak bildirir ki, Mərkəzi Avropadan İspaniyaya köçən Vandallar burada da Qotlar tərəfindən sıxışdırılır və məcbur qalıb cənuba doğru çətin köç prosesinə başlayırlar. Bəs Yanuzak bu zaman Vandalların başçısı olan Giserixi kiminlə müqayisə edir?

Cavab: Musa
Şərh: Xəritəni gözünüzün qabağına gətirsəniz görərsiniz ki, artıq köçmək üçün Vandallar məcbur Cəbəllütariqdən dənizi keçməli idilər. Bu zaman Yanuzak Afrikanı vəd edilmiş torpaqlarla Giserixi isə Musa ilə müqayisə edir.
Müəliif: Emin Məsimli



11. Diqqət! Sualda BÜLLUR AYAQQABI sözləri ilə iki söz əvəz olunub.

Will Durant [Uil Dyurant] kitabında yazır ki, Roma papası 6-cı Aleksandr onu tənqid edən keşiş Savanarollanı öz tərəfinə çəkmək üçün Savanarollaya BÜLLUR AYAQQABI təklif etmişdi. BÜLLUR AYAQQABI ilə əvəz olunmuş birinci növ təyini söz birləşməsini cavab kartına yazın.

Cavab: Qırmızı papaq
Şərh: Büllur ayaqqabı nağıl personajı olan Sindrellaya məxsus geyim əşyasıdır və biz onu digər nağıl personajına məxsus geyim əşyası ilə əvəz etmişdik. Roma papası Savanarollaya kilsədə papadan sonra ən yüksək rütbəni - kardinal olmağı təklif etmişdi. Ədəbiyyatda kardinallara münasibətdə geydikləri qırmızı papağa görə tez-tez “qırmızı papaq” sözlərindən istifadə edirlər.
Müəllif: Emin Məsimli



12. Emil Bernar məktubunda yazır ki, otaqlardan birində Van Qoqu tabutun içinə qoymuşdular. Tabut rəssamın divardan asılan əsərləri ilə çevrələnmişdi. Qısa sözlə deyin: Emil Bernar bu səhnəni təsvir edərkən rəsm əsərlərindən sanki nəyin yarandığını deyir?

Cavab: Nimb
Şərh: Terminin özü də daha çox incəsəntdə işlənir. Van Qoqun əsərlərindəki dominant rənglərdən biri də sarı rəngdir və sual mətnindəki “çevrələnmişdi” sözü birbaşa cavaba işarədir.
Müəllif: Emin Məsimli



13. William Turnerin [Uilyam Törnerin] “Temerie gəmisinin son səfəri” rəsm əsərindən danışan Matthew Morgan [Mətyü Morqın] deyir ki, rəsmdə həmçinin BUNUN da təsvir olunması simvolikdir.  Qonşu hərflərlə başlayan iki sözlə deyin: 20-ci əsrin ikinci yarısında çəkilən filmimizdə qəhrəman nəyi BUNUNLA əlaqələndirir?

Cavab: Rənginin saralmasını
Şərh: Turnerin rəsm əsərlərində təbiət səhnələrinə geniş yer verilir, xüsusilə əksərində Günəşi görmək olar. Morqan bu şəkildə gəminin son səfərinin təsvir olunması ilə yanaşı rəsmdəki batan günəşə də diqqət çəkir. Nəsimi filmində Nəsimi rənginin saralmasını günəşin batması ilə izah edir.
Müəllif: Emin Məsimli



14. Duplet:
[Rekvizit üçün göstəriş: Birinci sualdakı hissə kəsilərək çıxarılır, ikinci hissədə buraxılmış söz olan boş hissəyə yapışdırılır. Sual oxunarkən BURAXILMIŞ SÖZ hissəsindən sonra pauza verilməlidir ki, mətn anlaşılsın. Forma aşağıdakı şəkildəki kimi olmalıdır.]








[Aparıcı üçün qeyd: Paylama Materialı aşağıdakı formada oxunmalıdır.]

1. e.ə. II-I əsrlərə aid olan ən qədim [BURAXILMIŞ SÖZ] nümunələri arxeoloji qazıntılar zamanı Qansyu əyalətindən tapılıb. Buraxılmış sözü tapın.

2. Yapon dilində bağ düzəltməyi bildirmək üçün işlədilən “işi vo tateru koto” ifadəsində “işi” sözü [BURAXILMIŞ SÖZ] mənasını verir. Buraxılmış sözü tapın.



Cavab: 1.kağız 2.daş
Şərhlər: 
Rekvizit şərhi: Rekvizitin quruluşuna baxsanız görərsiniz ki, birinci sualda kəsilən kağızdan ikinci sualda örtmək üçün istifadə edilib. Daş qayçı kağız oyunundakı kimi - birinci sualda qayçı kağızı kəsib, ikinci sualda kağız daşı örtüb.
Dupletin 1-ci sualı: Əyalətin adından Çinə çıxmaq olar. Çay Lun bizim eranın ikinci əsrinə aid edilsə də əslində qədim kağız nümunələri hələ ondan da qədimdən Çində işlənirdi.
Dupletin 2-ci sualı: Sualın nömrəsi 14 olsa da dupletin ikinci sualı faktiki olaraq 15-ci sualdır. Bu mənada cavabın örtülməsi “Daşlar bağındakı” 15-ci daşı gizlətməyə işarə edir. Yapon dilində bağ düzəltmək mənasında işlədilən “işi vo tateru koto” ifadəsinin mənası isə “daşları dikinə qoymaq”dır.
Müəllif: Emin Məsimli



15. Borciyalar serialında Roma papasının hüzuruna iki qədim longin nizəsi gətirilir. Nizələrdən birini sındırdıqdan sonra həmin nizənin saxta olduğu ortaya çıxır. İkinci nizəni də papa sındırmaq istəyəndə nizəni gətirən şəxs müdaxilə edərək papaya mane olur. Bəs bu zaman papa nizəni sındırmaq fikrindən daşınaraq kimin adını çəkir?

Cavab: Süleyman
Şərh: Bu səhnə Süleyman məhkəməsindəki iki uşaqdan birinin ölüb digər uşağa iki ananın iddia etməsi səhnəsinə işarə edir. Roma papası nizənin saxta olub-olmadığını yoxladığı zaman Süleyman məhkəməsini xatırlayır və onu gətirən şəxsin reaksiyasından yəqin edir ki, ikinci nizə həqiqi ola bilər.
Müəllif: Emin Məsimli