Monday 27 February 2017

I Ağıl Oyunları turniri - 20.04.2013


Redaktorlar: Təşkilat-ı Mahsusa komandası (Emin Məsimli, Toğrul Qurbanov, Fərid Nağızadə, Rafiq Əsədov, Tural Haqverdi və Nigar Yasinova)

Redaktorlar suallar paketinin test edilməsində iştirak etdiklərinə və qiymətli məsləhətlərinə görə Fədai Məmmədova, Ruslan Məmmədova və Oktay Məhərrəmova təşəkkür edirlər.


                                                                     I TUR


Sual 1. 
Haruki Murakaminin 4 yanvar 1951-ci ildə anadan olan ədəbi qəhrəmanına valideynləri BU adı vermişdilər. Onun adını bir yapon sözü ilə deyin.

Cavab:Hajime
Şərh: Personaj 20-ci əsrin ikinci yarısının 1-ci ilində 1-ci ayın 1-ci həftəsində anadan olub.”Hajime” yapon dilində “başlamaq” ,”Başlanğıc” mənalarını verir.
Mənbə: Haruki Murakaminin “Sərhədin cənubu, günəşin qərbi” adlı əsəri.
Müəllif: Fərid Nağızadə




Sual 2.
Fransada Napoleon üzərində qələbədən sonra rus əsgərləri onun zirzəmilərini talan etmişdilər. Əvvəlki cümlədə buraxılan 4 hərfi cavab kartına yazın.

Cavab
: Klik
Şərh: Qələbəni şampanla bayram etmək olar, şampanlarsa adətən zirzəmilərdə saxlanılırdı.Söhbət məşhur şampan brendi Dul Klikodan gedirdi, madam Klikonun şampan zirzəmilərini talan etmişdilər.
Mənbə:
http://www.webgraphic.us/blog/?page_id=161
Müəllif: Emin Məsimli



Sual 3.
Rekvizit.
Qarşınızdakı 2012-ci il payız-qış geyim kolleksiyasının nümayişi zamanı çəkilmiş şəkildir.Bir internet istifadəçisi bu şəkilə rəy bildirərkən latın mənşəli məşhur addan bir hərflə fərqlənən neologizm işlətmişdi.Bu neologizmi maksimal dəqiqliklə deyin.

Cavab:Kvazimoda
Sayılma meyarı:Dəqiq cavab
Mənbə: 1. 
http://www.bkrw.com/thom-browne-catwalk-fw-2012/
http://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B2%D0%B0%D0%B7%D0%B8%D0%BC%D0%BE%D0%B4%D0%BE .
Müəllif: Yevgeni Tinkov (Moskva),Yevqeni Jurenkov (Moskva).



Sual 4.
Qədim yunan əfsanəsindəki versiyalardan birinə görə Dionis üzüm tənəyi ilə Likurqu vurduqdan sonra O,  Likurqun torpağa düşən  göz yaşlarından yaranmışdı. Hal-Hazırda ABŞ-da 1 dollara siz,  təqribən 700 qram ONDAN ala bilərsiniz. ONU bir sözlə cavab kartın yazın.

Cavab: Kələm
Şərh: Kələmlə üzümün heç vaxt yanaşı bitmədiyini bilən yunanlarda bu özünü mifolgiyada göstərmişdi. ABŞ slenqində kələm yarpaqlarının rənginə görə dollar adlanır.
Mənbə:
http://www.belena.biz/k/kapleg.htm
http://www.chacha.com/question/what-is-the-average-price-of-cabbage
Müəllif: Toğrul Qurbanov



Sual 5.
”Apokrif” televerilişinin yayımlarından birində deyilirdi ki, nisbilik nəzəriyyəsini bu yazıçı hələ XVIII əsrdə yaradıb. Söhbət hansı yazıçıdan gedir?

Cavab: Conatan Svift
Şərh: Quliver  liliputlara nisbətdə  nəhəng, əksinə nəhənglərə isə liliput kimi görsənmişdir.
Mənbə: “Apokrif” televerilişi (01.02.2011)
Müəllif: Qaqi Qabriçidze



Sual 6.
Aparıcı:
[ Diqqət 6-cı sual sual]
Sual müəllifi müxtəlif rəsmlərlə zəngin olan Altamira mağarasında kəskin baş hərəkətləri etməməyi tövsiyyə edir.  “100 böyük arxeolojik kəşf” kitabında Altamira mağarasını ibtidai incəsənətin İKSi adlandırılır. İKSi iki sözlə deyin.

Cavab: Sikstin Kapellası
Şərh: Kəskin baş hərəkətləri “Sikstin Kapellası” sindromuna səbəb olur. Kapella Papa 4-cü Siksin sifarişi ilə tikilib. Sikst – altıncı , İKS-SİKS.
Mənbə: “100 böyük arxeolojik kəşf” kitabı
http://www.medactiv.ru/yguide/s/guide-s-0176.shtml
Müəllif: Fərid Nağızadə



Sual 7.
Versiyalardan birinə görə anası ONU  diri-diri basdırıldığı məzarda  dünyaya gətirmişdi. Dəniz Qaraqurd öz kitabında yazır ki, ONUN adının etimoloji variantlarından biri “yer altı” mənasını verir. Bu faktla rastlaşan sual müəllifi 2011-ci ildə baş vermiş dəyişikliyi xatırlayır. Söhbətin kimdən getdiyini tapın.

Cavab: Koroğlu
Şərh: Versiyalardan birinə görə Koroğlu ismi anası onu məzarda dünyaya gətirdiyi üçün  Gor oğlu ismindən gəlir. “Kor” köhnə türk dilində yer altı mənasını verir. 2011-ci ildə Azərbaycanda yer altı  metro stansiyalarından biri Koroğlu adlanmağa başlandı.
Mənbə:
http://upload.wikimedia.org/wikipedia/tr/0/00/TurkSoylenceSozlugu.pdf
http://www.azxeber.com/news/10644.htm
Müəllif: Emin Məsimli



Sual 8.
”V for Vendetta” filminin baş qəhrəmanı televiziya ekranlarından xalqa müraciətində hakimiyyətin tiranlığından danışır və qeyd edir ki, əgər insanlar günahkarı tapmaq istəyirlərsə  BUNU  ETMƏLİDİRLƏR . BUNU ETMƏKLƏ əvəz olunmuş sözləri deyin.

Cavab:Güzgüyə baxmaq
Şərh:”Hər bir xalq sahib olduğu  hökumətə layiqdir”
Mənbə: Х/ф V forVendetta
Müəllif:Qaqi Qabriçidze



Sual  9.
Rekvizit:
Hər ilin müəyyən vaxtı bir-birilərinə qonaq gedən Sibir şamanları tez-tez bir çətinliklə üzləşirdilər. Con Raş yazır ki, şamanların özünməxsus yolla bu çətinliyin öhdəsindən gəlməyi bir inancın yaranmasına səbəb olub. Həmin inanc kimin adı ilə bağlıdır?

Cavab: Santa-Klaus
Şərh: Hər ilin qış gündönümündə bir-birlərinə qonaq gedən şamanlar evlərin qapıları qarla örtülü olduğu üçün bacadan evə girirdilər. Həmçinin, versiyalardan birinə görə Santa-Klausun geyimi öz rəngini şamanların ağ-qırmızı geyimlərindən alıb.
Mənbə:
http://technicamolodezhi.ru/news/novosti_nauki_i_tehniki/SANTA_SANI_I_MUKHOMORY
Müəllif: Tural Haqverdi



Sual  10.
"Kabus ovçuları 2" filminin epizodlarının birində  ovçular şəhəri  təhlükə gözlədiyindən merə müraciət edərək onu müəyyən tədbirlər görməsi üçün razı salmağa çalışırlar. Bu zaman ovçulardan biri deyir:”Bunu etməklə siz milyonlarla ONLARI xilas edəcəksiniz”. Kimləri?

Cavab:Seçicilər
Şərh: Meri insanlardan daha çox seçicilər maraqlandırır.
Mənbə: Х/ф „Ghostbusters 2“.
Müəllif:Qaqi Qabriçidze



Sual 11.
Syu Taunsendin qəhrəmanı çoxlu suallar verən anasını ONUNLA  müqayisə edir. 1992-ci ildə bir polyak ONUN  səhvə yol verdiyini rəsmən etiraf etdi. ONU  bir latın mənşəli sözlə deyin.

Cavab: İnkvizisiya
Şərh: 1992-ci ildə II İohan Pavel (polyak Korol Voytıl) Qalileyi təmizə çıxardaraq inkvizisiyanın Qalileyi məcburən Kopernikin nəzəriyyəsindən üz döndərməyini pisləmişdi.
Mənbə:
Сью Таунсенд. «Адриан Моул. Дикие годы»
http://ru.wikipedia.org/wiki/Святая_инквизиция
Müəllif: Aleksandr Martsinkeviç (Minsk)



Sual 12.
1868-ci ilin yanvarında İrkutsk yaxınlığında olan Prjevalski öz gündəliyində qeyd edir ki,”istirahət zamanı ekspedisiya üzvlərindən bəziləri çay içir, bəziləri isə heyvan əti qızardaraq yeyirdi”. Bundan sonrakı cümlədə Prjevalski bir ÇƏTİNLİYİ vurğulayaraq özünün tez-tez bunu etdiyini xatırlayır. Çətinliyin nədən ibarət olduğunu tapdınızsa onun nə etdiyini cavab kartına yazın.

Cavab: Mürəkkəbi isidirdi
Sayılma meyarı: donmuş mürəkkəbi qızdırırdı.
Mənbə:
http://www.vostlit.info/Texts/Dokumenty/China/XIX/1860-1880/Przevalskij_2/text4.htmS.Xmelinski.Prjevalski (JZL),səh 55.
Müəllif: Toğrul Qurbanov



Sual 13.
Vikipediya yazır ki, burada səyahət zamanı avtomobildən istifadə turistlərin cərimələnməsi və hətta 5 illik həbsi ilə nəticələnə bilər. Cim Vudman iddia edir ki, buranın əhalisi hava şarından istifadə texnikasını mənimsəmişdi. Buranın yerləşdiyi ölkəni deyin.

Cavab:
Peru
Şərh: Naska xəttləri o qədər kövrəkdir ki, avtomobilin təkərlərinin izi fiqurları korlayır. Cim Vudman isə belə xəttləri yalnız uçuş aparatının köməyi ilə yuxarıdan təlimat vasitəsilə düzəldilə biləcəyini iddia edir.
Mənbə
http://en.wikipedia.org/wiki/Nazca_Lines#Purpose
http://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D0%BE%D0%B3%D0%BB%D0%B8%D1%84%D1%8B_%D0%9D%D0%B0%D1%81%D0%BA%D0%B8
Müəllif: Toğrul Qurbanov



Sual 14.
Den Simmons öz romanında dövlətə aid hər şeyin müzakirə olunduğu ada dövlətinin parlamentini təsvir edir. Parlamentin adı iki ingilis sözünün birləşməsindən ibarətdir. Parlamentin adını deyin.

Cavab: ALLThing
Şərh: İslandiyanın parlamenti olan altinqə allüziya idi. Sualda parlamentin hər şeyi  müzakirə etdiyi qeyd olunmuşdur.
Mənbə
http://en.wikipedia.org/wiki/Hyperion_(Simmons_novel)
Müəllif: Qaqi Qabriçidze



Sual 15.
Paylama Materialı:


 B. S.  Erik Levi "Shakin Street" musiqi qrupunda iştirak etmiş və "Gəlmələr" filminə soundtrack yazmışdı. Böyükdən  kiçiyə düzülmüş bir bölgüdə b.s. eon qərarlaşıb. 


Sual müəllifi sizə paylanmış mətndə "BURAXILMIŞ SÖZLƏRİ" sadəcə b.s. kimi qeyd edib. BURAXILMIŞ SÖZLƏRİN yerində hansı iki söz olmalıdır?

 Cavab: Eradan əvvəl
 Şərh: Erik Levi 1998-ci ildə əsası qoyulmuş ERA musiqi layihəsinin rəhbəridir.O 1975-ci ildə Shakin Street qrupunun əsasını qoyub , 1993-cü ildə isə saundtrack yazıb. Geolojik yaş dövrlərində eon eradan böyükdür. B.S. ingilis dilində istifadə olunana “before century” söz birləşməsinin tələffüzünə allüziya idi.
Mənbə:
http://ru.wikipedia.org/wiki/Shakin%27_Street




                                                                     II TUR


Sual 16.
Amerikan fantastı Robert Silverberqin romanının baş qəhrəmanı adı bibliyadan götürülmüş delfindir. Hekayəni delfin öz adından danışır. Bir dəqiqədən sonra bu romanın ilk cümləsini yazın.

Cavab: Mənim adım İsmayıldı
Sayılma Meyarı: Uyğun Tərcümə
Şərh:  Delfin Balinakimilərin nümayəndəsidir. Bu digər amerikalı yazar Melvilin Mobi Dik romanına işarə idi. Bu romanın baş qəhrəmanı da öz hekayəsinə bu sözlərlə başlamışdı.
Mənbə: Robert Silverberg, “Earth’s other shadow”, Panther Science Fiction, 1978, p 57
Müəllif:Qaqi Qabriçidze



Sual  17.
Hərbi təyyarəçi Günter Blomertz xatirələrinin birində təyyarə ilə aerodroma qayıtmağını təsvir edib. Bu zaman o havada gördüyü yeddi paraşütçünün təyyarəni ardıcıl tərk etdiyini düşünür. Müəllifin bu zaman paraşütçüləri nə ilə müqayisə etdiyini iki sözlə deyin. 

Cavab
: Yaqubun nərdivanı
Şərh: Bibliya mövzusunu davam etdirirdik. Bu zaman 7 paraşütçü havada bir-birindən eyni qədər məsafə uzaqlıqda idi. Müəllif səmadan bu ardıcıllıqla asılmış paraşütçüləri Yaqubun nərdivanı ilə müqayisə edir.
Mənbə:
http://militera.lib.ru/memo/german/bloemertz_g01/text.html
Müəllif: Emin Məsimli



Sual 18.
Duplet.
Aparıcı: [Duplet iki hissədən ibarətdir və hər bir suala düz cavab vermək üçün 30 saniyə vaxt verilir]

1. 1998-ci ildə yaradılan qrupun üzvlərindən biri qrupun adı haqqında danışarkən demişdi ki, hər şey sadəcə çox sürətlidir. Qrupun adını cavab kartına yazın.
2. Hesablamalara görə 50 milyon ildən sonra O, öz qorxusunu məhv edəcək.ONU cavab kartına yazın.

Cavab: Marsa 30 saniyə, Mars.
Şərh: Hər şey o qədər sürətlidir ki, insanlar bir müddətdən sonra 30 saniyəyə Marsa da çata biləcəklər. Hər dəfə dövr edərkən Fobos Marsa 1,8 metr yaxınlaşır. Dupletin birinci hissəsindən sonra sizin Mars cavabına çıxmağa 30 saniyəniz vardı.
Mənbə:
http://www.space.com/47-mars-the-red-planet-fourth-planet-from-the-sun.html
http://www.lyricshall.com/biography/30+Seconds+To+Mars/
Müəllif: Emin Məsimli



Sual 19.
Fantastik hekayələrin birindəki fərziyyəyə əsasən İçalatçı Cek əslində CEKİL olub və onun ələ keçməməsinin səbəbi HAYDIN  bu haqda bilməsi idi. CEKİL və HAYDLA əvəz olunmuşları deyin.

Cavab:Doktor Vatson və Şerlok Holms
Şərh: İçalatçı Cek tibbi təhsil aldığı üçün hekayədə Doktor Vatsonla eyniləşdirilib.Onun tutula bilməməsinin səbəbi isə məhz istintaqın Şerlok Holms tərəfindən aparılması idi.
Mənbə: Analog Science Fiction and Fact, October 1982 p. 157
Müəllif:Qaqi Qabriçidze



Sual 20.
Yekaterinburq yaxınlığında içərisində 248 insan embrionu olan atılmış çəlləklər aşkar edilmişdi. Buna həsr olunmuş məqalədə 1821-1823-cü illərdə yaradılan əsər xatırlanır. Həmin əsəri tapmaq üçün 60 saniyə vaxtınız var. Vaxt getdi!

Cavab: Saturn öz övladlarını yeyir.
Sayılma Meyarı: Xronos öz övladlarını yeyir.
Şərh: Valideynlərin öz övladlarını abort edərək öldürməsi Saturnun öz övladlarını yeməsi ilə müqayisə edilirdi. “Saturn öz övladlarını yeyir” F.Qoyanın məşhur rəsm əsəridir. Vaxt – Xronosa işarə idi.
Mənbə:
http://ru-news.ru/art_desc.php?aid=8534
Müəllif: Toğrul Qurbanov



Sual 21.
Rekvizit.
Rekvizitdə gördüyünüz Maykl Doddsa məxsus olan əsər İKS adlanır. 10 fevral 2006-cı ildə Buenos-Aeyresin Mataderos rayonunda baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı polislər Mitsubishi Monteroda belə demək olarsa İKSİ axtarıb tapa bilərdilər.. İKSİ 3 sözlə cavab kartına yazın.

Cavab: Tanrının  barmaq  izi
Şərh: Rekvizitə diqqətlə baxsanız səmadakı buludların nəhəng barmaq izini xatırlatdığını görərsiniz. Yol nəqliyyat hadisəsinin törədilməsində Maradona şübhəli bilinirdi. Nəqliyyat vasitəsinin sükanında “tanrının əli”nin dəymə ehtimalı olduğuna görə, tanrının barmaq izləri də qala bilərdi.
Mənbə:
http://www.micheledodds.com/photos.html
http://biasedbohemian.com/biased_bohemian/burlesque_bohemian/scientists-discover-signature-of-god-within-dna/
Müəllif: Emin Məsimli



Sual 22.
Bakıda 22 fevral tarixində keçirilmiş sərgidə eksponatlardan birinin bədəni 5 qəpikliklərlə örtülmüşdü. Eksponatın nə olduğunu tapın.

Cavab
:Balıq
Şərh: Eksponatın müəllifi simvolik olaraq pulcuq əvəzinə 5 qəpiklərdən istifadə etmişdi. 22 fevral “Balıqlar” bürcünə düşür.
Mənbə: Sual müəllifinin “Balıq bürcü” sərgisində şəxsi müşahidəsi.
Müəllif: Rafiq Əsədov



Sual 23.
İsveçrəli şairin şeirində O, müəyyən məhsulun adını çəkməkdən imtina edir.Onun kim olduğunu deyin.

Cavab: (Albert) Eynşteyn
Sayılma meyarı: (Albert) Eynşteyn
Şərh: Ondan şəkil çəkdirən zaman  gülərək “cheese”-“pendir” deməsini xahiş etmişdilər. “Nein”(Nayn) sözü Eynşteyn (Aynştayn) sözü ilə qafiyələnir.
Mənbə: Sual müəllifinin ideyası
Müəllif: Andrey Pundor (Lvov)



Sual 24.
2004-cü ildə  bir kometanın tərkibini deşifrə etmək üçün kosmik aparat göndərilmişdir. Siz isə  bu  kosmik aparatın  hansı şəhərin şərəfinə adlandığını deyin.

Cavab: Rozetta
Şərh: “Rozetta daşı” sayəsində misir heroqlifləri deşifrə olunmuşdur.
Mənbə:
http://en.wikipedia.org/wiki/Rosetta_(spacecraft)
Müəllif: Qaqi Qabriçidze



Sual 25.
Kurt Vonnequtun romanında fəhlələr yerə dirək basdırarkən yaranan səslər personaja ORAnı xatırladırdı. Yazıçı Kilqer Troutun personajı keçmişə səyahət edərkən ORA gedəcəyini nəzərə alıb özü ilə stetoskop götürür. Söhbətin haradan getdiyini tapın.

Cavab: Qolqof
Şərh: Dirək – basdırılan xaça işarə idi.Personaj stetoskopla yoxlamaq istəyirdi ki İsa Məsih həqiqətən ölüb ya yox.
Mənbə: Kurt Vonnequt, “5 nömrəli sallaqxana”.
Müəllif: Fərid Nağızadə.



Sual 26.
İngilisdilli ”Robotlar” animasiya filminin personajı qorxu içində olsa da yumor hissini itirmədən özünün bu metaldan hazırlandığını bildirir. Metalın adını orijinaldan bir hərflə fərqlənən neologizmlə deyin.

Cavab:Fearum ( Fear + Ferrum )
Şərh: Fear-qorxu və Ferrum-dəmir
Mənbə: Анимационный фильм «Роботы»
Müəllif:Qaqi Qabriçidze



Sual 27.
Rekvizit.
Qarşınızda gördüyünüz Hindistanda yerləşən  PAMBIQ  Sarayıdır. PAMBIQ 1930-cu ildə nəşr olunan toplunun adıdır. PAMQIQLA əvəz etdiyimiz sözü deyin.

Cavab: Küləklər
Şərh: Hindistan bildiyimiz kimi isti yerdir və gördüyünüz sarayın da 953 pəncərəsi var. Belə pənəcərə sisteminə malik olan saray Küləklər Sarayı adlanır. “Küləklər” və “Pambıq” Mikayıl Müşviqin qələminin məhsullarıdır.
Mənbə:
http://en.wikipedia.org/wiki/Hawa_Mahal
Müəllif: Emin Məsimli



Sual 28.
NHL-də uğurlu çıxış etməyən “Vaşinqton Kəpitalz” komandası 2007-ci ildə Bryus Bodronun baş məşqçi təyin olunmasından sonra gözəl oyun göstərməyə başladı. Azərkeşlər məşqçiyə iki sözdən ibarət hansı ləqəbi vermişdilər?

Cavab: Qüdrətli Bryus
Sayılma Meyarı: dəqiq cavab.
Şərh: Azərkeşlər ona “Qüdrətli Bryus” filminə analogiya olaraq bu adı vermişdilər.
Mənbə: 
http://www.sovsport.ru/gazeta/article-item/275036
Müəllif: Andrey Rıjov (Moskva – Pereslavl-Zalesskiy)



Sual  29.
Reallığı tam əks etdirməyən karikaturada yatmağa çalışan insandan əlavə çəpəri asanlıqla addımlayıb keçən qoyunlar da təsvir olunub. Həmin insanın kim olduğunu deyin.

Cavab: Salvador Dali
Sayılma Meyarı: Soyad üzrə
Şərh: Qoyunlar uzunayaqlı fillərə allüziyadır, reallığı tam əks etdirməyən karikaturanın özü elə sürrealizmdir.

Mənbə:http://ic.pics.livejournal.com/tragemata/25155229/1787766/1787766_original.jpg
Müəllif: Yevgeniy Jurenkov (Moskva)



Sual 30.
Joze Saramaqonun romanlarının birində  Əcəlin  ölümə məhkum edilmiş şəxslərə  xəbərdarlıq məktubları göndərməsi təsvir edilir. Bu zaman yazıçı məktubların əvəzinə simvolik olaraq İKSlərin göndərilməsini daha məqsədəuyğun hesab edir. İKSi tam dəqiqliklə cavab kartına yazın.

Cavab: “Ölü baş” kəpənəyi, Totenkopf.
Sayılma Meyarı: Uyğun Tərcümələr
Şərh: Onların belində insan kəlləsi təsvir edilmişdir.
Mənbə: Joze Saramaqo, “Ölümdə durğunluq”. “EKSMO”, 2007. səh.213
Müəllif: Qaqi Qabriçidze




                                                                    III  TUR


Sual
31.
Fizik Diffurtun 1972-ci ildə yazdığı əsər “Böyük Partlayış”dan sonra baş verənlər haqqındadır. O, məşhur sitatın bir sözünü hidrogenlə əvəz edərək öz əsərinə ad verib. Siz isə söhbətin hansı sitatdan  getdiyini tapın.

Cavab: Başlanğıcda söz vardı
Şərh: Fizik Böyük Partlayışdan sonra yaranan ilk maddənin Hidrogen olduğunu yazırdı (Başlanğıcda Hidrogen vardı). Sualın mətnində sözün əvəz olunduğunun qeyd edilməsi birbaşa cavaba işarə idi.
Mənbə:
http://tr.wikipedia.org/wiki/Dinozorlar%C4%B1n_Sessiz_Gecesi
http://www.insanokur.org/?p=10818
Müəllif: Emin Məsimli



Sual 32.
Rekvizit.
Qarşınızda gördüyünüz corğrafi obyekt İordaniyada yerləşir. Bu obyekt XX əsrin əvvəllərində burada fəaliyyət göstərmiş ərəbin yazdığı əsərin adı ilə tanınır. Əsərin adını cavab kartına yazın.

Cavab: Müdrikliyin yeddi sütunu
Şərh:   Ərəb Lourensin ən fəal olduğu bölgələrdən biri də məhz İordaniya olub. Gördüyünüz qayalı dağ “Müdrikliyin yeddi sütunu” kimi də tanınır. “Müdrikliyin yeddi sütunu” Lourensin 1922-ci ildə nəşr olunan əsərinin adıdır.
Mənbə:
http://en.wikipedia.org/wiki/Seven_Pillars_of_Wisdom
Müəllif: Toğrul Qurbanov



Sual 33.
Rəvayətə görə bir dəfə Mir Əli Təbrizi yuxusunda imam Əlini görür. İmam ona ördəyin hərəkətlərinə, onun gözününü yumruluğuna, dimdiyinin dik olmasına, boynunun əyri olmasına diqqət yetirməyi tapşırır. Bu hadisədən sonra Təbrizi bir sahədə yenilik edir. Siz isə onun hansı sahədə çalışdığını deyin.

Cavab: Xəttatlıq
Şərh: Mir Əli Təbrizi “Nəstəliq” xəttinin yaradıcısıdı. İmam yuxuda ördəyin gözləri, dimdiyi və boynu timsalında xəttatı  yeni xəttlərlə tanış edir.
Mənbə:
http://quranevi.az/index.php?newsid=20
Müəllif: Tural Haqverdi



Sual 34.
“Yaramaz” filminin qəhrəmanı olan Hətəmin öz həyat yoldaşını əzizləmə məqsədilə belə çağırması qaynanasında onun kriminal meylli olması fikrini yaradır. Uran planetinin bir peyki də bu adı daşıyır. Həmin adı deyin.

Cavab: Dezdemona
Şərh: Şekspirin "Otello" faciəsinin qəhrəmanı Dezdemona saf, təmiz sevginin simvolu hesab edilir. Bildiyimiz kimi Otello Dezdemonanı qısqanclıqdan boğaraq öldürmüşdü. Uran planetinin 27 peykinnən 24-ü Şekspirin qəhrəmanlarının şərəfinə adlandırılıb.
Mənbə: Yaramaz filmi.
http://en.wikipedia.org/wiki/Moons_of_Uranus
Müəllif: Rafiq Əsədov



Sual 35.
Boris Vian sürətlə qaçan qəhrəmanı haqda danışarkən onu BİRİNCİylə, ona baş əyən  insan kütləsini isə İKİNCİLƏRLƏ  müqayisə etmişdi. BİRİNCİ və İKİNCİLƏR hansı oyunun əsas atributlardı?

Cavab:boulinq
Şərh:Vian qəhramanı boulinq topuyla,baş əyən insanları isə
keql ilə müqayisə edir.
Mənbə: “Günlərin köpüyü”, Boris Vian
Müəllif: Andrey Boyko



Sual 36.
Alan Mayerin hadisələrin ötən əsrin ortalarında baş verdiyi “Uğursuzluq” adlı hekayəsindən bir fraqmentin sərbəst tərcüməsinə qulaq asın.
-Mən bütün bədənimdə şiddətli ağrılarla oyandım,gözlərimi açanda çarpayımın yanında dayanan tibb bacısını gördüm.
-Cənab Fujima, sizin bəxtiniz gətirib ki, 2 gün bundan əvvəl baş vermiş bombardımandan sağ çıxmısız. İndi siz bizim xəstəxanada təhlükəsiz yerdəsiz....Siz isə xəstəxanın yerləşdiyi şəhəri deyin.

Cavab: Naqasaki
Sayılma meyarı: ancaq dəqiq cavab
Şərh: Xirosima və Naqasaki şəhərləri müvafiq olaraq 1945-ci il 6 , 9 avqust tarixlərində bombardman etmişdilər.Xirosimanın bombardman edilməsindən sonra sağ qalmış qəhrəmanı Naqasakidə yerləşən xəstəxanaya gətirmişdilər,o ayıldığı günün səhəri isə Naqasakini borbardman edəcəkdilər.
Mənbə:
 http://www.101bananas.com/library2/badluck.html
http://en.wikipedia.org/wiki/Atomic_bombings_of_Hiroshima_and_Nagasaki
Müəllif: Dmitriy Animisov (Моskva)



Sual 37.
Qədim yunan mütəfəkkiri Anaxarsis təəccüblə qeyd edir ki, BİRİNCİLƏR fəlsəfə ilə məşğul olmaqlarına baxmayaraq müdrik danışa bilmirlər.İKİNCİLƏR isə fəlsəfəni sevməsələr də öz fikirlərini müdrikcəsinə ifadə edə bilirlər. BİRİNCİLƏR və İKİNCİLƏRİ deyin.

Cavab:Afinalılar və Spartalılar
Mənbə:  Всемирная история в лицах, древный мир II, Москва 2000. стр. 29
Müəllif:Qaqi Qabriçidze



Sual 38.
Rekvizit.
 
Sitata qulaq asın: "O, masaya dirsəklənib, masanın üzərində isə sarı kitab və bənövşəyi rəngli üskükotu budağı var”. Biz sizdən sitatın müəllifini soruşmuruq, sitatın rekvizitdəki şəxs haqqında deyildiyini bilərək onun heç olmasa soyadını tapın.

Cavab: Qaşe
Şərh: Sitat Van Qoqun məktublarından götürülmüşdü. Kitabın rənginin sarı olması və üskükotu əsas ipucular idi. Həyatının sonunda tez-tez üskükotu qəbul edən Van Qoqun rəsm əsərlərində rənglərin solğunlaşması və sarı-göy, yaşıl qamma çalarlarının üstünlük təşkil etməsinin bir səbəbi də bu olub. Biz isə rekvizitdə gördüyünüz şəxsi daha çox bu rəsmdən tanıyırıq.



Sual 39.
Bir ingilisdilli internet istifadəçisi öz yazsında qeyd edir ki, ORAda mən və sən bir yerdəyik. Başqa bir istifadəçi buna cavab olaraq yazır ki, ORAda biz də bir yerdəyik.Harda?

Cavab: Klaviaturada
Sayılma meyarı:on the keyboard.
Şərh: Klaviaturada U və İ (sən və mən) hərləri yan yanadır, W və E (biz) hərfləri kimi.
Mənbə:
http://answers.yahoo.com/question/index?qid=20110118052402AAdkdFO
Müəllif: Andrey Rıjkov (Moskva – Pereslavl-Zalesskiy)



Sual 40.
Qəhrəmanı bəstəkar siçan olan bir animasiya filminin  adı 1984-cü ildə çəkilmiş məhşur filmdən 2 hərf çoxdur. Bu animasiyanın necə adlandığını deyin.




Sual 41.
Bu söz birləşməsini ilk dəfə italyan yazıçı, rəssam, memar, şair, keşiş, dilçi, filosof və kriptoqraf Leon Batista Alberti işlətmişdir. Vikipediyada bu söz birləşməsi ilə adlandırılan insanların siyahısında Leon Batista Albertinin də adına da rast gəlmək olar. Həmin söz birləşməsini deyin.

Cavab: İntibah dövrünün insanı
Sayılma Meyarı: Renesans dövrünün insanı
Şərh: Müxtəlif sahələrdə müxtəlif biliklərə malik olan insanları belə adlandırırlar.
Mənbə:
http://en.wikipedia.org/wiki/List_of_Renaissance_men
Müəllif: Qaqi Qabriçidze



Sual 42.
Böyük Plini yazır ki, o, Ayı elmi cəhətdən öyrənməyə başlayan ilk insan olmuşdur. Söhbət kimdən gedir?

Cavab: Endimion
Şərh: Plini bu şəkildə Endimion və ay ilahəsi Selena arasında münasibətlərin yaranması haqda mifi izah eləmişdir.
Mənbə: 
http://en.wikipedia.org/wiki/Endymion_(mythology)
Müəllif: Qaqi Qabriçidze



Sual 43.
Felisya Flaksin "Mələklər xətti" əsərinin baş qəhrəmanı  Stefan, Qarlendin  yas mərasimini xatırladan geyiminə və solğun sifətinə baxarkən Qarlendi ONA bənzətmişdi. ONU latın mənşəli sözlə deyin.

Cavab:Neqativ
Şərh:Qara geyimin fonunda solğun sifət ağ qara effekt verərək neqativi xatırladırdı.
Mənbə:
http://fb2.booksgid.com/content/3B/feliciya-flaks-liniya-angelov/1.html
Müəllif: Toğrul Qurbanov



Sual 44.
Rekvizit.
Markada şəkli ÇƏKİLMİŞ şəxs 1559-1561-ci illərdə Lissabonda səfir olmuşdur.ONUN soyadını deyin.

Cavab: Niko
Şərh: Jan Niko Portuqaliyada səfir işlədiyi vaxt tütün ilə tanış olmuş və qayıdarkən onu Fransaya gətirmişdi.Tezliklə məşhurlaşan tütün bitkiləri Nikonun şərəfinə Nikotin adlanmağa başlayır. Sualda səsləndirilmiş çəkilmiş sözü tütünə işarə idi.
Mənbə:
http://en.wikipedia.org/wiki/Jean_Nicot
Müəllif: Tural Haqverdi.



Sual  45.
Klassik musiqi tənqidçisi Conatan Noyfeld  müasir dövrdə bu əsərin ifası zamanı elektrik lampasından istifadə olunmasını tənqid edir.  O bildirir ki, əsərin dramatikliyi MUSİQİÇİNİ  müşayiət edən tüstüdür. Əsərin adını cavab kartına yazın.

Cavab: Əlvida Simfoniyası
Sayılma Meyarı: Simfoniya No 45.
Şərh: Müasir dövrdə şam əvəzinə elektrik lampasından istifadə olunur. Conatan Noyfeld drammatiklik sözünü simfoniyanın teatral xarakter daşımasına işarə edərək işlədir. Belə ki hər dəfə musiqiçi öz şamını söndürüb çıxanda qalxan şamın tüstüsü musiqiçini müşayiət edir və havaya qarışaraq tezliklə yox olması musiqiçilərin daim tez unudulmasını simvolizə edir.
Mənbə:
http://quod.lib.umich.edu/c/ca/7523862.0007.010?rgn=main;view=fulltext
http://www.youtube.com/watch?v=K0ligH6PCW0
Müəllif: Emin Məsimli                                                                  



                                                                   IV TUR


Sual 46.
Mövhumatçı insanları tənqid edən Sam Harris yazır ki, onlar pəncərəyə çırpılan yağış dənələrini seyr edərkən Tanrının ALFA BETTADAN istifadə etdiyini düşünürlər. ALFA BETTANI iki sözlə cavab kartına yazın.

Cavab: Morze Əlifbası
Şərh: Yağış damcıları pəncərədə çox vaxt ya nöqtə ya tire şəklində qalır, həmçinin çıxan səs Morze kodlaşdırması zamanı çıxan səsi xatırladır.
Mənbə: Sam Harris, İnancın Sonu.
Müəllif: Emin Məsimli



Sual 47.
Əjdahanı öldürən macar Vitusun xalq arasında qazandığı ləqəb ilə sonralar onun nəsli adlanmağa başlanmışdı. Eyniadli İsveç rok qrupunun albomlarından biri “Blood fire death” adlanır. Həmin adı cavab kartına yazın.

Cavab: Batori
Şərh: Vitus göstərdiyi cəsurluğa görə macar dilində “cəsarətli” mənasını verən “batori” ləqəbini almışdı. İsveç qrupu isə bu nəslin nümayəndəsi olan XVI-XVII əsrlərdə yaşayan qanlı qrafinya Yelizaveta Batorinin şərəfinə özünə Batori  adını götürmüşdü.
Mənbə:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%82%D0%BE%D1%80%D0%B8
https://ru.wikipedia.org/wiki/Bathory
Müəllif: Toğrul Qurbanov



Sual 48.
Rekvizit.
Qarşınızda gördüyünüz 1874-cü ildə doğulmuş ingilisin 1914-16-cı illərdə yaratdığını cavab kartına yazın.

Cavab: Planetlər
Məqbul: “Planetlər” simfonik suitası.
Şərh:  Rekvizitdən də göründüyü kimi bəstəkar səmaya baxaraq dirijorluq edir. Qustav Holst  “Planetlər Suitası”nın müəllifidir.
Mənbə:
http://en.wikipedia.org/wiki/Gustav_Holst
Müəllif: Toğrul Qurbanov



Sual 49.
Diqqət sualda əvəzetmə var:

Orta Əsrlərdə yaşamış Samuel Pips öz gündəliyində yazırdı: “ ZİYAFƏT qurtardıqdan sonra hansı pariklərin dəbdə olacağı maraqlıdır, onsuz da indi heç kim qorxusundan parik taxmır”. ZİYAFƏT sözü ilə hansı sözü əvəz etmişik?

Cavab: Taun
Şərh: Belə bir informasiya yayılmışdı ki, parikləri hazırlamaq üçün taun xəstəliyindən vəfat etmiş şəxslərin saçlarından istifadə edirlər. Əvəzetmə A.S.Puşkinin “Taun zamanı ziyafət” əsrinə allyuziyadır.
Mənbə
: Samuel Pipsin gündəliyi.
http://ru.wikipedia.org/wiki/Камю,_Альбер
Müəllif: Emin Məsimli



Sual 50.
Vəhşi Qərbin köhnə barlarında sonu bu sözlərlə bitən plakatlar indiyə qədər də qalmaqdadır. “.... o, bacardığı hər şeyi edir”. Siz isə bu plakatların əvvəlində yazılanları cavab kartınıza yazın.

Cavab: “Pianistə atəş açmayın”
Sayılma meyarı: “Pianisti öldürməyin”
Şərh: Söhbət artıq qanadlı ifadəyə çevrilmiş Oskar Ualydın “Pianistə atəş açmayın,o, bacardığı kimi ifa edir” ifadəsindən gedirdi.
Müəllif: Bronislav Balandin (Moskva).



Sual 51.
[Paylama materialı eyni kağızın ön və arxa tərəflərində olmalıdır.]

Paylama materialı:


Birinci üz:

O, 1954-cü ildə Torun şəhərində doğulub, gənclik illərində kimya, fizika və iqtisadiyyat sahəsində təhsil alıb.

İkinci üz:

Yazıçı hal-hazırda bioinformatika sahəsində elmi işlə məşquldur və ədəbiyyatı özü üçün hobbi adlandırır.

Söhbətin hansı yazıçıdan getdiyini tapın.

Cavab: Yanuş Vişnevski
Şərh: Yanus bildiyimiz kimi bir üzü cavan digər üzü isə qoca olan ikiüzlü tanrıdır. Sizdəki rekvizitdə də yazıçının həm cavanlıq dövrü həm də qocalq dövrünə aid faktlar var idi.
Mənbə:
http://ru.wikipedia.org/wiki/%D0%AF%D0%BD%D1%83%D1%81
http://bookmix.ru/authors/index.phtml?id=30
Müəllif: Tural Haqverdi



Sual 52.
Hansı filmin titrlərində 1955,1985,2015 ədədləri təsvir olunmuşdur?

Cavab:Geriyə gələcəyə
Şərh: Müvafiq illərdə iştirak etmiş aktyorlar filmin titrlərində illərə uyğun bölünmüşdülər.
Mənbə: Х/фНазад в будущее
Müəllif:Qaqi Qabriçidze



Sual 53.
Entoni Makkolun layihəsinə əsasən Hamburqda güclü projektorların köməyi ilə işıq körpüsü yaradılacaq. İşıq körpüsünü əks etdirəcək binalardan biri 1947-ci ildə yaradılana məxsusdur. Həmin yaradılanı cavab kartına yazın.

Cavab: Şpigel jurnalı
Şərh: “Der Spiegel“ alman dilindən tərcümədə  "güzgü” deməkdir.Güzgü işığı əks etdirəcək.

Mənbə:
http://www.topnewsquick.com/in-hamburg-will-build-a-bridge-from-light/
http://en.wikipedia.org/wiki/Der_Spiegel
Müəllif: Emin Məsimli



Sual  54.
XIV əsrdə  yaşayan  Petrarka ONU Asiyadan Avropaya keçən taun epidemiyası ilə müqayisə edirdi. Versiyalardan birinə görə ONU  Temza çayından keçirməzdən əvvəl Keytsbinin evində saxlamışdılar. ONU  bir sözlə cavab kartına yazın.

Cavab: Barıt
Şərh: Barıtdan istifadənin artması ilə o dövrün müharibələrində insan ölümləri sürətlə artmağa başlamışdı. Lord Keytsbi “Barıt Sui-qəsdi”ni planlaşdıran İngiltərənin Əyalət  katoliklərinin lideri idi. Temza çayı vasitəsilə barıtı parlamentin zirzəmisinə daşıyırdılar.
Mənbə:
http://www.historylearningsite.co.uk/gunpowder_plot_of_1605.htm
http://www.vokrugsveta.ru/vs/article/2768/
Müəllif: Toğrul Qurbanov



Sual 55.
Kiberpank janrında olan hekayənin personajı bildirir ki,BU robotların hüququnu pozur.BUNU eyni hərflə başlayan iki sözlə deyin.

Cavab:Tyurinq testi
Şərh:Tyurinq testi robotları insanlardan ayırd edə bilmək üçün olan maşınların intellektini ölçən anlayışdır.
Mənbə:
http://web.archive.org/web/20080116050958/http:/www.asimovs.com/Nebulas03/bowwow.shtml



Sual 56.
Rekvizit.
 
Qarşınızda gördüyünüz  "Əjdaha dişləri"xəttidir. İkinci Dünya Müharibəsində  İsveçrə ordu jarqonunda "əjdaha dişləri" 1868-ci ildə Berndə Jan tərəfindən yaradılan  firmanın məhsulunun adı ilə adlanırdı. Həmin məhsulun necə adlandığını tapın.
Cavab:Tobleron
Şərh: İsveçrə əsgərlərində “Əjdaha dişlərini”nin forması nostalji hisslər yaradaraq Tobleron şokoladının formasını  xatırladırdı.


Mənbə:
http://en.wikipedia.org/wiki/Dragon%27s_teeth_%28fortification%29
http://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%BE%D1%82%D0%B8%D0%B2%D0%BE%D1%82%D0%B0%D0%BD%D0%BA%D0%BE%D0%B2%D1%8B%D0%B9_%D0%BD%D0%B0%D0%B4%D0%BE%D0%BB%D0%B1
Müəllif: Toğrul Qurbanov



Sual 57.
İKSda təxminən 1 milyon görmə  reseptorunun yerləşməsi görüntünü 6-8 dəfə böyütməyə imkan verir. İnternet saytlarının birində Nardaran kəndinin İKSda  yerləşdiyi qeyd olunub. İKSi üçüncü növ təyini söz birləşməsi ilə deyin.

Cavab:Qartalın gözü
Şərh: İkinci faktda Azərbaycan xəritəsinin qaratala bənzəməsinə işarə edir.
Mənbə:
www.populerbilgi.com/genel/goz5.php
http://www.ehow.com/info_8587775_eagles-eyesight.html
http://bakimiz.wordpress.com/2011/10/05/nardaran-q%C9%99s%C9%99b%C9%99si-slideshow/#more-547
Müəllif: Fərid Nağızadə



Sual 58
”Şeytanın vəkili” filminin baş personajı xarizmatik və kifayət qədər cazibədar şeytandır. Həmin personajın ad və soyadını deyin

Cavab:Con Milton
Şərh: Con Milton “İtirilmiş cənnət” poemasında şeytanı kifayət qədər cazibədar və xarizmatik təsvir edib. Sualda ad və soyad digər versiyaları mümkünsüz edir. Yəqin ki, Holivud filminin baş qəhrəmanının ad və soyadı anqlo-sakson mənşəli olmalıdır.
Müəllif:Qaqi Qabriçidze



Sual 59.
ALFA adlı məqalədə deyilir ki, astronomlar XX əsrin əvvəlindən başlayaraq Neptunun orbitinin arxasında başqa planetin hərəkət etdiyi fikrinə romantikcəsinə inanırdılar. ALFA adlı digər bir məqalədə 2010-cu ildə nüvə təhlükəsizliyi sammitinin gedişi zamanı ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasından danışılır. ALFAnın məşhur ifadədən bir hərflə fərqləndiyini bilərək ALFAnı iki sözlə cavab kartına yazın.

Cavab: Plutonik sevgi
Şərh: Rusiya plutonium silahı istehsal edən reaktoru bağlamaq qərarı vermişdi. Astronomlar daha sonra Neptunun arxasında Pluton planetini kəşf etdilər. İstər alimlərin planetə istərsə də iki ölkə arasındakı münasibəti Platonik sevgiyə alluziya olaraq Plutonik sevgi adlandırmışdılar.
Mənbə
:
http://www.n2day.com/vermischtes-panorama/-----13766183.html
http://dino.disneyjazz.net/news/news131.html
Müəllif: Emin Məsimli



Sual 60.
Vladimir Qrammatikov müsahibələrinin birində Rusiyada uşaq kinosuna getdikcə marağın azaldığını qeyd edir və uşaq kino dünyasını BUNUNLA müqayisə edir. BUNU Avropada XV Lüdovikin saray ustası Klod Qaluşa məşhurlaşdırmışdı. BUNU  iki sözlə cavab kartına yazın.

Cavab
: Şaqren dərisi
Şərh: Onore de Balzakın “Şaqren Dərisi” əsərində hər dəfə qəhrəmanın arzularını yerinə yetirdikdən sonra  şaqren dərisinin ölçüsü getdikcə azalırdı. Klod Qaluşa XV Ludovikin dəri ustası idi.
Mənbə:
http://www.kino-teatr.ru/kino/person/235/
http://en.wikipedia.org/wiki/Shagreen
Müəllif: Toğrul Qurbanov