Saturday 18 February 2017

Paketdə uğurlu sual ardıcıllığı





“Nə? Harada? Nə Zaman?” oyununda bəzən yaxşı paketlər sualların düzgün ardıcıllıqla yığılmamasının qurbanı olurlar. Suallar yığılarkən nələrə xüsusi fikir verilməlidir? – bununla bağlı 24 suallıq bir paket yığdığımızı fərz edərək fikirlərimi bölüşməyə çalışacam:

0) İlk növbədə unutmaq lazım deyil ki, suallar yalnız və yalnız oyunçular üçün yazılır. Paketin sual ardıcıllığını yığarkən də bunu daim xatırlamaq lazımdır. Paketdə sualları uğurlu yerbəyer etmək filmə ssenari yazmağa oxşayır. Sual ardıcıllığı yığılarkən redaktor suallarını ilk öncə düzgün qiymətləndirməyi bacarmalıdır. Yəni hansı sualı əvvəl vermək daha uğurlu olar, hansını ortada, hansını sonda və s. (“prestij hissəsinə” kimi düzgün təxmin etməlidir). Bundan başqa redaktor paket yığılarkən sualların çətinlik səviyyəsini təxmin edərək daha çətinlərini ikinci tura saxlamağı məsləhətdir, lakin burada müəyyən nisbət mütləq qorunmalıdır. Bu nisbət birinci və ikinci tur üçün: 45-55%-dən 35-65%-ə kimi olsa yaxşı olar. Çətin sualların ikinci tur üçün 80%-i keçməsi məsləhət deyil. Müəllif buna nail olub-ola bilmədiyini oyundan sonra cədvələ baxaraq müxtəlif liqalarda ən çox sual götürən komandaların nəticələrini götürüb analiz edə bilər: Komandanın ümumi tapdığı sual sayının neçə faizi birinci turda , neçə faizi ikinci turda tapılıb.


1) Paketə sualları yığmaq üçün ilk görüləcək iş sualların çeşidlənməsidir. Mən adətən bu formada edirəm:  1. Mövzu (milli mövzu, texniki mövzu, ədəbiyyat, rəssamlıq, coğrafi mövzu və s.) 2. Forma (şəxs soruşulan suallar, X-Y sualları, Rekvizit sualları,). Bu çeşidlənmə hər hansı tipdən ən az 2-3 sual olduqda qeyd olunmalıdır.

2) Çeşidləndikdən sonra onları iki sütun şəklində 1-dən 24-ə kimi nömrələyin və hansı sualların olduğunu ümümi qeyd edin, qabağına isə çeşidi yazın. Məsələn:

1. Hagdfüdüd  X,şəxs,milli mövzu                                         13.gfrfef    ədəbiyyat,X
2.hjbdyvüüdd   milli mövzu,rekvizit                                        14.htjnyjn   
3.sjvhüvüddx    
milli mövzu , X                                              15.hntnjn
4.ühbxüjbx        teniki,şəxs,X                                                 16.edfdfv    milli mövzu
5.xüjhxvühv      rekvizit,rəsm                                                 17.grghbh
6.xüjbxüjüdüd  X                                                                    18.grhbtdssss
7.ghghytjg       rekvizit                                                            19.fferfef      rekvizit
8.cgvfgr            milli mövzu                                                     20.cvfrgbfb   ədəbiyyat
9.fbvfbfv                                                                         21.dvefcfdc
10.bfbrg                                                                                   22.cedvgrfg  ədəbiyyat
11.dfvrfte           
X                                                                    23.bfbtbht    texniki
12.efdvdvc         şəxs                                                             24.efevvcce  texniki

*xaotik hərflər – söhbətin hansı sualdan getməsi redaktora aydın olması üçün sual haqqında qısa qeyd. (Məs: 2. Bakı Bulvarı haq. rekvizitli sualı milli mövzu,rekvizit)

Yuxarıdakı ümumi görünüşdən sonra sualları aşağıdakı sütunlarda yığaq. Sualların yığılmasının ən asan yolu ən çox fərqlənən suallardan başlamaqdır. Qeyd etmək lazımdır ki, hər dəfə sualları yerbəyer edəndə daim turlar üzrə çətinlik nisbətini də yadda saxlamaq lazımdır. Yuxarıdan aydın olur ki, mətnində X-lə əvəzetmə olan 7 sual var. Eyni çeşiddən 7 sual olması olduqca pis haldır, dəyişilməsi mümkün olan suallarda X-i hansısa sözlə əvəz etmək məsləhətdir. İndiki halda isə 7 eyni tip sualın paketə uyğunlaşdırılmasında əsas məqam bu suallardan ikisinin ilk 3 və son 3 sualdan biri olmasıdır. Bu metod eyni tip suallar arasında məsafə yaratmağa imkan verəcək. Bəs həmin 2 sualı hansı kriteriyaya uyğun seçmək lazımdır? 1. birinci turda nisbətən asan sual olmalı idi 2. Daha çox çeşidlənən suallar paketin sərhədinə yaxın olmalıdır. Məsələn yuxarıdakı mənzərədən bu suallar: 1 və 4-cü suallardır. Bu suallardan daha asan əvvəldə daha çətini isə sonda gəlməlidir. Təsəvvür edək ki, 1-ci sual daha asan sualdır və onu paketin əvvəlinə ataq. Digər X-suallarını da bu prinsipə uyğun aralarında ən az 2 sual məsafə qoymaqla yığaq.

1.                                                                13.     Dfvrfte         X
2. Hagdfüdüd        
X, şəxs, milli mövzu     14.
3.                                                                15.
4.                                                                16.     Gfrfef          
ədəbiyyat, X
5.                                                                17.
6. Sjvhüvüddx       
milli mövzu , X              18.
7.                                                                19.
8.                                                                20.     Htjnyjn        
X
9.                                                                21.
10.                                                              22.
11. Xüjbxüjüdüd    
X                                       23.     Ühbxüjbx     teniki, şəxs, X
12.                                                              24.

Yuxarıda 11 və 13-cü suallar arasında yalnız bir sual məsafəsi var. Unutmayın ki, birinci turdan sonra fasilə olur və oyunçular istirahət edir . Məhz buna görə birinci turdan ikinci tura keçiddə bu metoddan istifadə olunmağı məsləhətdir ki, turlardan birində düşəcək 4 “X əvəzetmə” sualı arasında yetəri məsafə təmin olunsun. Bundan sonra digər sualları da mövzuların ardıcıl gəlməməsi və asan-çətin nisbətini qoruyaraq yığmaq lazımdır. Burada bir məsələni qeyd edim ki, əgər hansısa sualların ardıcıl gəlməsi biri digərinə ipucudursa və ya bir-birini tamamlayırsa onda ardıcıl gəlsə olar. Bu sistemlə paket yığımı ilk öncə oyunçuların sualları daha rahat həzm etməsinə və “yenə də X sualı” fikri ilə oynamamasına da kömək edəcək və paket haqqında mənfi auranı azaldacaq.

3) Bəzi sualların sual ardıcıllığına uyğunlaşdırılması. İlk öncə tamamilə subyektiv fikrimdir ki, rəqəmlərin suallara birbaşa ipucu olması yaxşı hal deyil və sualın şərh hissəsində bu qeyd olunmamalıdır. Məsələn, XIV Ludovik haqqında sual 14-cü verilə bilər,lakin şərh hissədə sualın 14-cü olduğunu qeyd etməmək məsləhətdir. Lakin bu nömrələməni “birbaşa ipucu” kimi yox başqa cür ifadə etsək “şüuraltı ipucu” kimi işlətmək məsləhətdir. Yəni XIV Ludovik haqqında sual 15-ci 16-cı və ya 3-cü sual kimi də gələ bilərdi. Redaktor nəzərə almalıdır ki, əgər o daim sual nömrəsini “birbaşa ipucu” kimi işlədirsə hansısa sualın ya gözdən qaçması ya da hansısa informasiyadan xəbərdar olmaması həmin sualın oyunçu tərəfindən hansısa rəqəmə uyğunlaşdırılmasına səbəb ola bilər. Məsələn 3-cü sual kimi verilmiş bir sual fərz edək: eradan əvvəl  4-cü əsrdə hakimiyyətdə olmuş makedon çarı soruşulur cavab isə II Filipdir, komandalardan biri isə Makedoniyalı İsgəndərin 3-cü İsgəndər olmasını da bilir və cavab kartına İsgəndər yazır. Təbii ki, sual mətni Makedoniyalı İsgəndəri kənarlaşdıran ipucularına sahib olacaq , amma sualların rəqəmlərə “birbaşa ipucu” kimi uyğunlaşdırılması komandanı səhv istiqamətlənməsinə və nəticədə komandanın sualı tapmamasına da şərait yarada bilər.

4) Paketin ilk və son sualı. Paketin ilk və son sualı kimi klassik variantlardan istifadə etməkdən qaçmaq lazımdır. İlk və son sual simvolik olmağa məcbur deyil və ənənəvi variantlardan istifadə olunmağındansa simvolik olmayan adi sualın verilməsi daha məqbuldur. Qeyri-ənənəvi ilk suala Vendetta komandasının Robert Oppenheimer (open - açmaq) ilə bağlı sualını göstərmək olar. Suallarda qeyri-ənənəvi formada işlətmək istisna olmaqla komanda adlarının verilməsi məsləhət deyil. Məsələn, yəqin ki, hələ uzun müddət çoxlarının yaddaşında Diplomat komandasının qeyri-ənənəvi formada təqdim etdiyi “Diplomat işini gördü,diplomat gedə bilər” sualı qalacaq.