Monday 15 May 2017

Avalon (XİGK-da 42-ci dövrə) - 19.10.2013

1. Paylama materialı:          

Türk şairi Cemal Süreya dostu ilə girdiyi mərcin nəticəsinə görə Y-i itirmişdi.
Y-i tapın.

Cavab: Y hərfi
Sayılma meyarı: Y
Şərh: Şair söz vermişdi ki, əgər mərci uduzsa soyadında olan 2 y hərfinin birindən imtina edəcək. Bu mərcdən sonrakı əsərlərini şair Süreyya yox Süreya təxəllüsü ilə yazıb.     
Müəllif: Nicat Ramazanov


2. Paylama materialı:

Arxitektor cütlük Devid Marks və Culi Barfildin 6 illik zəhmətindən sonra nəhayət ki belə demək olarsa səhərin gözü açıldı.

Mətndə xırda çatışmazlığın olduğunu bilərək söhbətin nədən getdiyini tapın.

Cavab: London Eye
Sayılma meyarı: dəqiq cavab
Şərh: Mətndəki çatışmazlıq əslində şəhər olmalı sözün səhər olaraq verilməsi idi.
Müəllif: Nicat Ramazanov



Sunday 14 May 2017

II Marafon turniri IV tur - 29.10.2016


Paketi test edib dəyərli məsləhətlərini verdiyi üçün Elvin Abbaslı, Əşrəf Paşabəyli və Nigar Yasinovaya təşəkkür edirəm.      


1. Serial personajı olan Metyu Mördak bildirir ki, T hərfini tez-tez Q hərfi ilə qarışdırır. W hərfinin çətinliyindən danışanda isə ONUN fransız olmağından gileylənir. Kimin?  

Cavab: Lui Brayl                              
Şərh: T hərfi Q hərfinə latın qrafikalı əlifbada heç cür oxşamır. Daha çox Daredevil adı ilə tanıdığımız Metyu Mördak isə uşaq vaxtı keçirdiyi qəzadan sonra kor olmuşdu. Fransız əlifbasında W olmadığından Brayl əlifbasına sonradan əlavə ediblər deyə hərfin oxunuşu çox da praktik deyil. 
Müəllif: Emin Məsimli                    



Saturday 6 May 2017

II Ağıl Oyunları turnirinin Bakı seçim turu - 28.06.2014


Redaktorlar: Sultan Zahidov , Emin Məsimli, Asim Cəlalov.

1. “Ağıl Oyunları” filminin personajı Alişa bir dəfə BUNU EDƏRƏK 4348 ədədinə çatdığını bildirir. Sual müəllifinin fikrincə, Oskarın təqdimolunma mərasiminə gələn məşhurların adlarını sadalayan aparıcı əslində BUNU EDİR. BUNU ETMƏKlə əvəz olunan iki sözü deyin. 

Cavab: Ulduzları saymaq  
Şərh: Alişa bir gecə səmadakı ulduzları sayaraq 4348 ədədinə çatdığını bildirir. Verilişin aparıcısı isə Hollivud Ulduzlarını sayırdı.        
Müəllif: Emin Məsimli