Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək
Şəhər” elmi-fantastik hekayəsinin qəhrəmanları Sandro və Həsəndir. Onlar
Tiflisdən Kürdəmirə kimi təyyarə ilə rahat gəlirlər, ancaq Kürdəmirdə hava
dəyişir və təyyarə başqa bir dünyaya düşür. Yazıçı personajların gözü ilə öz
utopik dünyasını təsvir edir və əsər tipik sovet arzusu ilə bitir. Əsərdən
artıq dövrümüzdə istifadə olunan və yaxın gələcəkdə həyatımıza girəcək
texnoloji nüansları qısa hissələrlə qeyd etmişəm:
Tuesday, 30 June 2015
Tuesday, 3 February 2015
Elmi-kütləvi janr: "Eden`in Əjdahaları"
1977-ci ildə nəşr olunmuş kitab ümumilikdə canlıların beyinlərinin indiki dövrədək olan inkişafını, bu inkişaf ətrafındakı maraqlı mülahizələri və bir sıra miflərin yaranması ilə bağlı fikirləri ehtiva edir. Kitabı oxuduqca adam sanki Sagan`ın “Xəyal Gəmisinin” içərisində gəzişir. Bir sıra elmi anlayışları primitiv dildə rahat izah etməsi, maraqlı elmi araşdırmalardan nümunələr və bunun ətrafında aparılan mühakimələr ilə oxuyucu özünü fantastik fikir burulğanının içində tapır.
Etiketler:
Hellas...
Subscribe to:
Posts (Atom)

